16 Yanvar 2020 10:53
524
İQTİSADİYYAT
A- A+

“Akademik Xoşbəxt Yusifzadə” neftdaşıyan tankeri 2021-ci ildə istismara veriləcək


SOCAR-ın birinci vitse-prezidenti, görkəmli neftçi alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi ilə bağlı Prezident İlham Əliyevin yanvarın 15-də imzaladığı Sərəncamda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) tapşırıq verilib. Sərəncama əsasən, ASCO özünün yeni gəmisinə Xoşbəxt Yusifzadənin adının verilməsini təmin etməlidir.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq hazırda Gəmiçiliyin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşası davam etdirilən yeni nəsil neftdaşıyan tankerinin X.Yusifzadənin şərəfinə "Akademik Xoşbəxt Yusifzadə” adlandırılması qərara alınıb.

Sözügedən gəminin 2021-ci ildə istismara verilməsi nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video