Alternative content

10:48 17 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Aqroparklar müasir dövrün təsərrüfat formasıdır
Aqroparklar müasir dövrün təsərrüfat formasıdır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:14 16.01.2020


Azərbaycanda da bu yeniliyə geniş meydan verilir


Dünyada əhalinin sürətlə artması ərzağa olan tələbatı da yüksəldir. Buna görə də hazırda kənd təsərrüfatında müasir texnika və texnologiyalardan istifadə etməklə məhsuldarlığın yüksəldilməsinə xüsusi diqqət yetirilir. Digər tərəfdən, torpaqların çox hissəsi yüz illərlə istifadə edildiyi üçün məhsuldarlıq qabiliyyətini itirib. Bu səbəbdən torpaqların məhsuldarlığını qorumaq üçün aqrar sektorda müasir texnika və texnologiyaların tətbiqi zərurətə çevrilib.

Bunun üçün isə kənd təsərrüfatına kapital qoyuluşunu artırmaq lazımdır. Lakin banklar və digər maliyyə təşkilatları aqrar sektora kredit verməkdə o qədər də maraqlı deyillər. Müasir dövrdə banklar daha gəlirli və tez fayda gətirə bilən layihələrin maliyyələşməsinə üstünlük verirlər. Kənd təsərrüfatında isə belə layihələri aqroparkların timsalında həyata keçirmək mümkündür.

Aqroparklarda yeni texnika və texnologiyaların tətbiqi sayəsində yüksək məhsuldarlıq əldə edilir.

Bu da həmin sektora maliyyə ayıran, istehsalçı və emalçı tərəflərin hamısı üçün sərfəlidir. Çünki çəkilən xərc özünü doğruldur. Yəni aqroparklar müasir dünyanın tələbindən yaranan bir istehsal və emal forması olduğundan banklar bu sahəyə maraq göstərirlər.

Azərbaycanda da aqroparkların yaradılmasına xüsusi diqqət yetirilir. Xatırladaq ki, ölkəmizdə 51 iri aqropark və iri fermer təsərrüfatının yaradılması nəzərdə tutulur. Hazırda fəaliyyət göstərən 17 aqropark 104 min hektarda müxtəlif növ kənd təsərrüfatı məhsulları yetişdirir. Ümumilikdə isə bütün aqroparkların əhatə etdiyi sahə 200 min hektara yaxın olacaq. Hələlik 31 aqroparkın yaradılmasına 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Həmin müəssisələr tərəfindən istehsal ediləcək məhsulların dəyərinin təxminən 800 milyon - 1 milyard manat civarında olması gözlənilir.

Ölkəmizdə aqroparkların yaradılmasına birbaşa dövlət dəstək verir. İndiyədək ümumi dəyəri 764 milyon manat olan 27 aqropark və iri fermer təsərrüfatlarının yaradılmasına dövlət tərəfindən 192 milyon manat güzəştli kredit ayrılıb. Əlavə olaraq 23 aqropark və iri fermer təsərrüfatı üzrə ümumi dəyəri 759 milyon manat olan 45 layihəyə investisiya təşviqi sənədi verilib. İnvestisiya təşviqi sənədi hesabına qənaət olunan 25,2 milyon manat vəsait həmin sahədə müxtəlif layihələrin icrasına yönəldilib.

Bu tipli aqrar müəssisələr həm də əhalinin məşğulluğunu təmin edir. Artıq fəaliyyət göstərən belə müəssisələrdə 2200 iş yeri açılıb. Ölkə üzrə nəzərdə tutulan bütün aqropark və iri fermer təsərrüfatları istifadəyə verildikdən sonra isə burada 14 mindən çox iş yerinin açılması proqnozlaşdırılır.

Ümumiyyətlə, xüsusən son dövrlər aqrar sektorda həyata keçirilən islahatlar və verilən dövlət dəstəyi sayəsində kənd təsərrüfatı məhsulları istehsalı ildən-ilə artır. Xüsusən ənənəvi sahələrin yenidən dirçəldilməsi bu artımı daha da sürətləndirir. Məsələn, bu gün baramaçılıqda artım faizlə deyil, dəfələrlə ölçülür. Onu da qeyd edək ki, aqrar sektorda məhsul istehsalı digər sənaye sahələrinin inkişafını da stimullaşdırır. Belə ki, pambıqçılıqda və baramaçılıqda məhsul istehsalının sürətlə artması ölkədə tekstil və toxuculuq sənayesinin inkişafını təmin edir.

Bundan əlavə, istehsalın təşviqi istiqamətində görülmüş işlər kənd təsərrüfatı məhsullarının ixracını da artırır. Belə ki, aqrar sektorun güzəştli şərtlərlə kreditləşdirilməsi, istehsalatda müasir texnologiyaların tətbiqi sayəsində meyvə-tərəvəz, ipək, tütün və s. bu kimi kənd təsərrüfatı məhsullarının ixracını xeyli artırıb. Təsadüfi deyil ki, ötən il qeyri-neft məhsullarının ixracında üstünlük təşkil edən 3 məhsuldan 2-si kənd təsərrüfatına məxsusdur. Ümumilikdə isə ixracatda kənd təsərrüfatı məhsullarının çəkisi digər qeyri-neft məhsullarının çəkisindən yüksəkdir. Sözsüz ki, bu da aqrar sektor hesabına daha çox valyuta əldə etməyə imkan verir.

Rüstəm KAMAL,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM