Alternative content

10:34 17 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV AÇG indiyədək yarım milyard ton neft verib
AÇG indiyədək yarım milyard ton neft verib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:08 16.01.2020


Prezident İlham ƏLİYEV: "Azəri-Çıraq-Günəşli” yataqlarından çıxarılacaq neft-qaz bundan sonra da uzun illər ərzində Azərbaycan xalqına, dövlətinə xidmət göstərəcək”


Ötən ilin son günlərində Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından neft hasilatı 500 milyon tona çatıb. Bu barədə AÇG-nin operatoru BP şirkəti layihədəki tərəfdaşları adından məlumat verib.

AÇG-də BP, SOCAR, "Chevron”, İNPEX, "Equinor”, "ExxonMobil”, TPAO, ITOCHU, ONGC Videsh Ltd (OVL) şirkətləri tərəfdaşlıq edirlər. 1997-ci ilin noyabrında "Çıraq” platformasından hasilat əldə olunduğu vaxtdan indiyədək AÇG-dən çıxarılan yarım milyard ton neft Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri və Qərb ixrac boru kəməri vasitəsilə Gürcüstanın və Türkiyənin ərazilərindən keçməklə Bakı yaxınlığındakı Səngəçal terminalından birbaşa dünya bazarlarına nəql olunub.

AÇG yataqları açıq dənizdə, Bakıdan təxminən 100 kilometr şərqdə yerləşir. Bu yataqların meqastrukturu Xəzər dənizinin altında 2000-3500 metr dərinlikdə yerləşən Balaxanı VIII və X, həmçinin yuxarı və aşağı Fasilə lay dəstələrini əhatə edir. 1994-cü il sentyabrın 20-də AÇG üzrə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) imzalanandan bəri onların işlənməsinə təxminən 38 milyard ABŞ dolları həcmində sərmayə qoyulub.

Məlum olduğu kimi, AÇG üzrə HPBS "Əsrin müqaviləsi” adını alıb. Bu kontraktın Azərbaycanın yüksəlişinə güclü təkan verdiyi şəksizdir. Keçən il mayın 29-da XXVI Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışındakı nitqində Prezident İlham Əliyev bunu bir daha vurğulamışdır: "1994-cü ilin sentyabr ayında "Azəri-Çıraq-Günəşli” neft yataqları üzrə imzalanmış kontrakt demək olar ki, bizim inkişafımıza çox böyük təkan verdi. Təsadüfi deyil ki, bu kontraktın miqyasına və əhəmiyyətinə görə ona "Əsrin kontraktı” adı verilmişdir. "Əsrin kontraktı”nın imzalanmasından sonra Azərbaycana böyük həcmdə sərmayə qoyuluşu başlamışdır və eyni zamanda ondan sonra digər kontraktlar da imzalandı. "Əsrin kontraktı”nın çox böyük əhəmiyyəti var. Bu gün də bu əhəmiyyət kifayət qədər böyükdür. İki il bundan əvvəl kontraktın müddəti uzadıldı, 2050-ci ilə qədər bu kontrakt qüvvədə olacaq. Yəni bu, o deməkdir ki, Azərbaycanın neft-qaz resursları, eləcə də "Azəri-Çiraq-Günəşli” yataqlarından çıxarılacaq neft-qaz bundan sonra da uzun illər ərzində Azərbaycan xalqına, dövlətinə xidmət göstərəcək”.

2017-ci ilin sentyabr ayında AÇG üzrə HPBS-nin müddəti 2049-cu ilin sonunadək uzadılıb. Yeni saziş AÇG-nin Azərbaycan, eləcə də tərəfdaş şirkətlər üçün iqtisadi səmərəliliyini növbəti illər ərzində maksimum dərəcədə artırmağa və dünya səviyyəli bu yataqlar blokuna 40 milyard dollardan çox kapital qoymağa imkan verir. Növbəti işlənmə layihəsi "Azəri Mərkəzi Şərqi” adlanır və hazırda o, icra mərhələsindədir. Layihə çərçivəsində AÇG müqavilə sahəsində eyniadlı yeni platforma quraşdırılacaq. Buradan ilk neftin 2023-cü ildə hasil olunacağı gözlənilir.

Xatırladaq ki, hazırda AÇG-də səkkiz platforma fəaliyyət göstərir. Bunlardan altısı hasilat, ikisi emal, qazın kompressiyası, suvurma və texnoloji təchizat platformasıdır. Bu qurğulardan hasil olunan karbohidrogenlər sualtı xətlər vasitəsilə dünyanın ən böyük neft və qaz terminalından biri olan qurudakı Səngəçal terminalına nəql edilir. Keçən il AÇG yataqlarından ümumi hasilatın səviyyəsi gündə 535 min barel təşkil edib.

Hasilata başlandığı vaxtdan indiyədək AÇG Azərbaycan hökumətinə ümumilikdə 45 milyard kubmetrdən çox səmt qazı təhvil verib. AÇG-dən 500 milyon neftin hasil edilməsi Azərbaycanın neft-qaz sənayesi tarixində mühüm hadisədir. Bu hadisə "Əsrin müqaviləsi”nin 25 illiyinin qeyd olunduğu 2019-cu ilə təsadüf edib. BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Couns bu münasibətlə demişdir: "Bu nailiyyət Azərbaycanın yeni tarixində əlamətdar hadisə hesab etdiyimiz "Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümünə böyük töhfədir. Operator olaraq biz ölkə və bütün AÇG tərəfdaşları üçün tarixi əhəmiyyət daşıyan ildə hasilatda əldə edilmiş bu nailiyyətdən qürur duyuruq... AÇG nəhəng yataqdır. Hasilatda bu cür böyük nailiyyət əldə etməklə ölkə və öz səhmdarları üçün nəhəng gəlirlər gətirməklə yerli icmalarda çoxsaylı davamlı inkişaf imkanları yaratmaqla AÇG həmçinin Xəzər regionunu aparıcı enerji hasilatı sahələrindən birinə çevirdi və dünyanın texnoloji cəhətdən ən qabaqcıl neft-qaz işlənmə regionlarından birinə çevrilməsinə imkan yaratdı. Operator kimi biz hökumət, SOCAR və digər tərəfdaşlarla sıx işləyərək növbəti otuz ildə də AÇG-nin ölkəyə töhfə verməsini təmin etməyə davam edəcəyik”.

Flora SADIQLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM