Alternative content

14:55 20 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:37 20.09.2020 Sənətə sevginin gücü
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vilayət Eyvazov: “Qarşıya qoyulan bütün tapşırıqlar bundan sonra da əzmlə yerinə yetiriləcək”
Vilayət Eyvazov: “Qarşıya qoyulan bütün tapşırıqlar bundan sonra da əzmlə yerinə yetiriləcək”
ANA SƏHİFƏ / CƏMİYYƏT
02:06 16.01.2020


Yanvarın 15-də Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayında 2019-cu il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında inkişaf və tərəqqi strategiyasının uğurla davam etdirildiyini, ölkəmizdə mövcud olan sabitlik və təhlükəsizlik şəraitinin daha da möhkəmləndiyini, ictimai asayişin ötən ildə də etibarlı qorunduğunu vurğulayıb, görülən işlərdə, əldə edilən müsbət nəticələrdə Əlahiddə Çevik Polis Alayının şəxsi heyətinin də böyük əməyi olduğunu diqqətə çatdırıb.

Sonra Alay komandiri, polis general-mayoru Səhlab Bağırov hesabat dövrünün yekunları və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edərək görülən işlərin nəticələrindən, xidməti fəaliyyətdə yol verilən nöqsan və çatışmazlıqlardan, onların qısa müddətdə aradan qaldırılması istiqamətində həyata keçiriləcək tədbirlərdən danışıb.

Müşavirəyə yekun vuran nazir Vilayət Eyvazov xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün ölkə rəhbərliyi tərəfindən hər cür şəraitin yaradıldığını, şəxsi heyətin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu nəzərə çatdırıb. O, əmin olduğunu bildirib ki, Əlahiddə Çevik Polis Alayının şəxsi heyəti ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini, cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması üzrə vəzifələri, qarşıya qoyulan bütün tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, göstərilən etimadı sədaqətli xidməti ilə doğruldacaq.

Sonda ötən il xidməti vəzifələrin icrasında fərqlənmiş bir qrup əməkdaşın təltif olunması barədə Daxili İşlər nazirinin müvafiq əmrləri elan olunub və mükafatlar sahiblərinə təqdim edilib.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM