Alternative content

09:16 21 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
05:27 21.02.2020 Şərəfli missiya
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV AMEA Rəyasət Heyətinin iclası keçirilib
AMEA Rəyasət Heyətinin iclası keçirilib
ANA SƏHİFƏ / Elm və texnika
02:05 16.01.2020


Yanvarın 15-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Əvvəlcə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təltif olunmuş AMEA-nın I vitse-prezidenti, akademik İsa Həbibbəyliyə 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordenini, AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyevə "Şöhrət” ordenini və akademik Vaqif Fərzəliyevə "Şərəf” ordenini təqdim edib.

AZƏRTAC xəbər verir ki, iclası giriş sözü ilə açan akademik Ramiz Mehdiyev hesabatların AMEA-nın həyatında xüsusi əhəmiyyətə malik olduğunu bildirib. Qeyd edib ki, ötən ilin noyabr ayından başlayaraq laboratoriya və şöbələr elmi müəssisələr, elmi müəssisələr isə tabe olduqları bölmələr qarşısında öz hesabatlarını təqdim ediblər. Akademik bu gündən etibarən isə hər bir elmi bölmənin Rəyasət Heyəti qarşısında illik hesabatını verdiyini, ilkin olaraq, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) illik hesabatının müzakirəsinə başlanıldığını vurğulayıb.

AMEA-nın fəaliyyətinin müasir dünyanın çağırışları və ölkə başçısı İlham Əliyevin tapşırıqlarının icrası istiqamətində qurulması üçün hazırda akademiyada geniş islahatlar aparıldığını deyən Ramiz Mehdiyev Azərbaycan elminin inkişafında xüsusi yeri olan Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin elmi müəssisələrinin də üzərinə xüsusi vəzifələr düşdüyünü diqqətə çatdırıb. Akademik qeyd edib ki, hazırda "Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”nın icrası istiqamətində işlər gedir. Proqramda Elmlər Akademiyasının yeni mərhələdə inkişafı üçün bir sıra vəzifə və prioritetlər müəyyənləşdirilib. Bu proqramın icrası dövlətin elm qarşısında müəyyənləşdirdiyi vəzifələrin həyata keçirilməsində akademiyanın yaxından dəstək verməsinə geniş imkanlar yaradacaq.

Daha sonra Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında bölmənin sədri, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev məruzə ilə çıxış edib. O, bölmənin elmi-təşkilati fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin, Nazirlər Kabinetinin, AMEA ümumi yığıncağının, Rəyasət Heyətinin qərarlarının, AMEA prezidentinin sərəncamlarının icrasına xüsusi diqqət verildiyini qeyd edib. Alim hesabat ilində bölmə müəssisələrinin ölkə Prezidenti tərəfindən təsdiq olunmuş 9 dövlət proqramının icrasında yaxından iştirak etdiyini vurğulayıb.

R.Əliquliyev hesabat ilində fundamental və tətbiqi tədqiqatların Rəyasət Heyəti tərəfindən təsdiq olunmuş prioritet istiqamətlərə uyğun həyata keçirildiyini və bir sıra mühüm elmi nəticələrin əldə edildiyini bildirib.

Məruzəçi 2019-cu ildə FRTEB üzrə çap edilmiş elmi əsərlərin ümumi sayının 1979 olduğunu, alimlərin 1105 məqaləsinin dərc olunduğunu, onlardan 480-nin "Web of Science” və "Scopus” bazalarına daxil olan impakt faktorlu jurnal və konfrans materiallarında yer aldığını qeyd edib. Bölmə üzrə alimlərin əsərlərinə 12 min 66 istinad olunduğunu söyləyib. Bildirib ki, ilk dəfə olaraq bu il alimlərimizin məqaləsi impakt faktoru 40-dan artıq olan məşhur "Nature” jurnalında dərc olunub. "Clarivate Analytics” şirkətinin təhlilinə əsasən, bölmənin elmi istiqamətləri üzrə dərc olunan məqalələrin sayına görə 2019-cu ildə Azərbaycan regionda 1-ci yerdə qərarlaşıb.

Qeyd edilib ki, cari ildə "Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezidentinin 2018-ci il 10 dekabr tarixli sərəncamına müvafiq olaraq "Elmi kadrlar” Milli İnformasiya Sistemi yaradılıb. Həmçinin dövlət başçısının "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli sərəncamına müvafiq olaraq "Milli Transliterasiya Sistemi” yaradılıb.

Akademik e-elmin şəbəkə platforması olan "AzScienceNet” Elm Kompüter Şəbəkəsi infrastrukturunun genişləndirilməsi, AMEA-nın elmi müəssisə və təşkilatlarının resurslarının "AzScienceNet” şəbəkəsinin Data Mərkəzində saxlanılması və Hosting xidmətlərinin dəstəklənməsi, resurslarından səmərəli istifadə olunması, həmçinin Avropanın onlayn elm və təhsil mühitinə inteqrasiyası ilə əlaqədar işlərin davam etdirildiyini deyib. E-elm və e-təhsilin şəbəkə infrastrukturları "AzScienceNet” və "AzEduNet”ə inteqrasiya olunub, GEANT-a çıxışlar təmin edilib və bununla da Azərbaycan alimlərinin Avropanın elm və təhsil qurumları ilə onlayn əməkdaşlıqları üçün geniş imkanlar yaradılıb.

Məruzəçi bölmənin elmi müəssisələri tərəfindən 9 beynəlxalq və 4 respublika səviyyəli konfransların keçirildiyini, 10 elmi jurnalın nəşr olunduğunu, Azərbaycan və ingilis dillərində nəşr edilmiş jurnallarda ölkəmizlə yanaşı, xarici müəlliflərin də məqalələrinin çap olunduğunu bildirib: "Bu jurnallarda dərc olunan məqalələrin təxminən 20 faizi xarici ölkə alimlərinin məqalələridir. Jurnalların 5-i artıq "Web of Science” və "Scopus” bazalarına daxil edilib. "Tətbiqi və hesablama riyaziyyatı” jurnalı impakt faktoruna görə keçmiş SSRİ-də 1-ci, Avropada 4-cü, dünyada 10-cu yerdədir. "Azərbaycan Riyaziyyat jurnalı” və "Azərbaycan MEA RMİ-nin Əsərləri” jurnalı "Web of Science” bazasına, "Tətbiqi və hesablama riyaziyyatı” jurnalı, "Azərbaycan Riyaziyyat jurnalı”, Azərbaycan MEA "Xəbərləri” jurnalının Fizika-texnika və riyaziyyat elmləri seriyasının "Riyaziyyat” buraxılışı, "Energetikanın problemləri jurnalı” "Scopus” bazasına daxildir”.

AMEA-nın vitse-prezidenti, akademik R.Əliquliyevin FRTEB-in illik hesabatı ilə bağlı məruzəsi dinlənildikdən sonra hesabat ətrafında fikirlər və təkliflər səsləndirilib.

Tədbirdə akademik Ramiz Mehdiyev bölmənin illik hesabatına dair çıxış edib. Akademik bölmənin növbəti mərhələ üçün vəzifə və tapşırıqları müəyyənləşdirilərkən Prezident İlham Əliyevin akademiya qarşısında irəli sürdüyü tapşırıqlar, dövlət proqramları və strategiyalar, həmçinin "AMEA-nın 2020-2025-ci illər üzrə inkişaf proqramı”nın müvafiq müddəalarının nəzərə alınmasının, bölməyə daxil olan hər bir institutun dövlət maraqlarından irəli gələn məsələlərin həllinə töhfə verməsinin, dövlətin elmi-texniki layihələrinin ekspertizası prosesində fəal iştirak etməsinin, intellektual potensialın bu istiqamətə yönləndirilməsinin zəruri olduğunu bildirib.

Qeyd edilib ki, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi ölkə iqtisadiyyatında yüksək texnologiyalara əsaslanan elmtutumlu məhsulların və xidmətlərin rolunun yüksəldilməsi, eləcə də biliklər iqtisadiyyatının formalaşdırılması sahəsində irəlidə olmalı, eyni zamanda, fizika-riyaziyyat və texnika elmləri digər elm sahələrinin də lokomotivinə çevrilməli, texnoloji nailiyyətlərin respublikaya transferində aktiv rol oynamalıdır.

Akademik büdcədənkənar əlavə vəsaitlərin əldə olunması üçün tətbiqi tədqiqatlara xüsusi əhəmiyyət verilməli və qrantlarla iş sahəsində fəaliyyətin gücləndirilməli olduğunu bildirib. Qeyd edib ki, Milli Elmlər Akademiyası ölkədə biliklər iqtisadiyyatının formalaşmasında aktiv rola malik olmalıdır. Bununla yanaşı, beynəlxalq elmi əlaqələrin genişləndirilməsinə, qabaqcıl elmi mərkəzlərlə birgə tədqiqat işlərinin aparılmasına və meqalayihələrdə iştirak məsələsinə xüsusi yanaşılmalı, hesabatda səsləndirilən təkliflər, o cümlədən problem şuralarının yenidən formalaşdırılması, elmi müəssisələrin maddi-texniki bazasının modernləşdirilməsi və digər xüsusi əhəmiyyət kəsb edən aktual məsələlər nəzərə alınmalı, bölmənin fəaliyyəti yeni prioritetlər və prinsiplər üzərində qurulmalıdır.

Hesabat dinlənildikdən sonra müzakirələr aparılıb.

Müzakirələrdə akademiklər - İbrahim Quliyev, Telman Əliyev, Fikrət Əliyev, Adil Qəribov, Cavad Abdinov, Nazim Məmmədov, AMEA-nın müxbir üzvləri - Əminağa Sadıqov, Vaqif Quliyev, Misir Mərdanov, Namiq Cəlilov, Oktay Qasımov və Oqtay Səmədov çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Daha sonra hesabat təsdiq olunub. Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə mühüm nəticələrin akademiyanın illik hesabatına daxil edilməsi qərara alınıb. Elmi-tədqiqat, təhsil və təcrübi işlərin səviyyəsini artırmaq üçün müxtəlif təkliflər verilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM