16 Yanvar 2020 02:04
1170
Səhiyyə
A- A+

Heydər Əliyev Fondu bullyoz epidermoliz xəstəliyi olan uşaqları dərman preparatları ilə təmin edib


Heydər Əliyev Fondu anadangəlmə bullyoz epidermoliz diaqnozu ilə dövlət qeydiyyatında olan 18 yaşınadək şəxsləri dərman preparatları ilə təmin edib.

AZƏRTAC xəbər verir ki, fondun əməkdaşları Bakı, Ağsu, Ağdam, Astara, Biləsuvar, Xızı, İmişli, Qazax, Masallı, Sabirabad və Şamaxıda olaraq bir il ərzində istifadə edilməsi nəzərdə tutulan 42 adda dərman preparatını, eyni zamanda həkimin fərdi qaydada yazdığı resept və tövsiyə məktubunu müvafiq ailələrə çatdırıb.

Xatırladaq ki, səhiyyə və sosial sahələrdə fəaliyyət Heydər Əliyev Fondunun prioritet istiqamətlərindəndir. Əhalinin səhiyyə problemlərinin aradan qaldırılmasında yaxından iştirak edən fond eyni zamanda "Diabetli uşaqlara ən yüksək qayğı”, "Talassemiyasız həyat naminə”, ürək qüsurlu uşaqların əməliyyatına dəstək, "Koxlear implantasiya” kimi layihələr həyata keçirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video