Alternative content

11:40 21 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
05:27 21.02.2020 Şərəfli missiya
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 yanvar 2020-ci il tarixli 15 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 yanvar 2020-ci il tarixli 15 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
ANA SƏHİFƏ / MSK
02:01 16.01.2020


QƏRAR № 10/66


2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 60 saylı Salyan - Neftçala seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Ağarzayev Kərim Rasim oğlu 2020-ci il yanvarın 13-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək namizədliyinin irəli sürülməsinin təsdiq olunub-olunmamasına dair 60 saylı Salyan - Neftçala seçki dairəsi dairə seçki komissiyası (dairə seçki komissiyası) qərarının ona təqdim edilmədiyinə görə dairə seçki komissiyasının hərəkətsizliyini mübahisələndirmiş və bununla bağlı müvafiq tədbir görülməsini xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

K.R.Ağarzayev müraciətində qeyd etmişdir ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 60 saylı Salyan-Neftçala seçki dairəsi üzrə namizədliyini öz təşəbbüsü ilə irəli sürməsi barədə bildirişi və öhdəlik ərizəsini 2019-cu il dekabrın 31-də dairə seçki komissiyasına təqdim etmiş, sənədlərin qəbulu barədə ona arayış verilmişdir. Dairə seçki komissiyası tərəfindən namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə qərar və imza vərəqələri ona təqdim edilməmişdir.

Araşdırma ilə əlaqədar ərizəçi ilə əlaqə saxlanılmış, ona araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir. O, iclasda iştirak edəcəyini əvvəlcədən bildirsə də, iclas günü komissiyanın inzibati binasına daxil olmuş, lakin son anda iclasda iştirakdan imtina etmişdir.

Araşdırma zamanı dairə seçki komissiyası tərəfindən təqdim olunmuş 2019-cu il 31 dekabr tarixli 41/101 saylı qərardan müəyyən edilir ki, K.R.Ağarzayevin namizədliyinin irəli sürülməsi təsdiq edilmişdir. Həmin qərarın namizədə təqdim edilməməsi barədə dairə seçki komissiyası tərəfindən təqdim edilən akt və izahatlarda göstərilir ki, namizəd K.R.Ağarzayevə namizədliyinin təsdiq olunması barədə məlumat verilmiş və ona imza vərəqələrinin götürülməsi təklif edilmişdir. O, imza vərəqələrinin səlahiyyətli nümayəndəsi tərəfindən götürüləcəyini bildirmişdir. Dairə seçki komissiyasına təqdim edilən bildirişdə Kərimov Rəcəb Nəcəf oğlu səlahiyyətli nümayəndə kimi göstərilsə də, onun səlahiyyəti müvafiq qaydada rəsmiləşdirilməmişdir. 2020-ci il yanvarın 6-da R.N.Kərimov dairə seçki komissiyasına gələrək imza vərəqələrini tələb etmiş, ona səlahiyyətli nümayəndə olmaq barədə notariat tərəfindən təsdiq edilmiş vəkalətnamənin verilmədiyi bildirilmiş, vəkalətnamənin forması ona təqdim edilərək izah edilmişdir ki, yalnız müvafiq qaydada rəsmiləşdirilmiş vəkalətnaməni dairə seçki komissiyasına təqdim etdiyi halda ona imza vərəqələri verilə bilər. O, qısa müddət ərzində vəkalətnamə formasını müvafiq qaydada rəsmiləşdirərək geri dönəcəyini bildirmişdir.

Lakin bundan sonra namizəd özü və ya onun müvafiq qaydada rəsmiləşdirilmiş səlahiyyətli nümayəndəsi dairə seçki komissiyasına gəlməmiş, ancaq 2020-ci il yanvarın 10-da namizəd K.R.Ağarzayev dairə seçki komissiyasına gələrək namizədliyinin qeydə alınmasından imtinaya dair qərar tələb etmişdir. Ona namizədliyinin irəli sürülməsinin təsdiq edilməsinə dair qərar və imza vərəqələri təqdim edilmiş, o, isə həmin sənədləri götürməkdən imtina etmişdir. Dairə seçki komissiyası bununla əlaqədar 2020-ci il yanvarın 10-da müvafiq akt tərtib etmişdir.

Beləliklə, müraciətin tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması nəticəsində K.R.Ağarzayevin namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi ilə bağlı dairə seçki komissiyasının iddia edilən hərəkətsizliyi öz təsdiqini tapmadığından müraciət əsassız hesab edilərək təmin olunmamalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır :

1. 2020-ci il dekabrın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 60 saylı Salyan - Neftçala seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Ağarzayev Kərim Rasim oğlunun 13 yanvar 2020-ci il tarixli 15 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

15.01.2020-ci il



Digər xəbərlər
NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM