16 Yanvar 2020 01:56
492
SİYASƏT
A- A+

ABŞ konqresmeni 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanat yayıb


ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçı üzvü Pol Qosar 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanatla çıxış edib.

Ölkəmizin ABŞ-dakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bəyanatda Azərbaycanda Qara Yanvar kimi yadda qalan faciənin 1990-cı ilin yanvar ayında baş verdiyi, ozamankı SSRİ rəhbərliyinin ölkəmizdə azadlığı boğmağa və Azərbaycan xalqına öz siyasi iradəsini yeritməyə cəhd göstərdiyi diqqətə çatdırılır. O vaxt Azərbaycan xalqının sovet əsarətindən təngə gəldiyi və onunla mübarizə əzmini nümayiş etdirdiyi bildirilir.

Qeyd olunur ki, Azərbaycan xalqının sülhpərəst azadlıq çağırışlarına sovet rəhbərliyi silah və tanklarla cavab verdi. Bunun nəticəsində 147 nəfər mülki şəxs qətlə yetirildi, yüzlərlə insan yaralandı və həbs olundu. Sovet İttifaqında əvvəlki müstəqillik hərəkatlarına qarşı qəddarlıqlara rəğmən, azərbaycanlıların əzmkarlıq və qətiyyət nümayiş etdirdiyi, faciənin onlara qüvvə verdiyi və bu mübarizənin 1991-ci ilin avqustunda müstəqilliyə gətirib çıxardığı diqqətə çatdırılır. Bildirilir ki, müstəqilliyin elan edilməsindən sonra Azərbaycan regionda azadlıq mayakı rolunu oynadı, ABŞ-la dost və müttəfiq oldu.

Bəyanatda həmçinin faciə zamanı həlak olanların xatirəsi yad edilir və Azərbaycan Respublikasının davamlı inkişafı qeyd olunur. Konqresin digər üzvləri də Qara Yanvarı yad etməyə çağırılır, Azərbaycanın müttəfiq rolu və azadlıq yolunda səyləri bir daha vurğulanır.

Bəyanatın mətni ilə bu linkdən tanış olmaq mümkündür: https://www.congress.gov/116/crec/2020/01/09/CREC-2020-01-09-pt1-PgE22-5.pdf.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video