Alternative content

14:13 20 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:37 20.09.2020 Sənətə sevginin gücü
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisə seçkilərlə əlaqədar “Polis əməkdaşları üçün yaddaş kitabçası” çap olunub
Milli Məclisə seçkilərlə əlaqədar “Polis əməkdaşları üçün yaddaş kitabçası” çap olunub
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:55 15.01.2020

Milli Məclisə fevralın 9-da keçiriləcək seçkilərlə əlaqədar "Polis əməkdaşları üçün yaddaş kitabçası” nəşr olunub.

AZƏRTAC secki-2020.az saytına istinadla xəbər verir ki, kitabçanın mətnini Mərkəzi Seçki Komissiyası Daxili İşlər Nazirliyi ilə birgə hazırlayıb.

Bu "Yaddaş kitabçası” Milli Məclisə seçkilərdə polis əməkdaşlarının istifadəsi üçün hazırlanıb. Qeyd olunub ki, polis əməkdaşı səsvermə günü xidməti formada olmalıdır. Polis əməkdaşı xidməti vəzifəsini seçki məntəqəsi yerləşən binadan 100 metr aralıda yerinə yetirməlidir.

Polis əməkdaşının Seçki Məcəlləsinin 104.14-cü maddəsinə əsasən səsvermədə seçici kimi iştiraketmə halları istisna olmaqla, səsvermə zamanı seçki məntəqəsində olması qadağandır.

Polis əməkdaşı yalnız məntəqə seçki komissiyasının sədrinin dəvəti ilə ictimai asayişi bərpa etmək üçün səsvermə otağına daxil ola bilər. Bu zaman səsvermə müvəqqəti olaraq dayandırılır. İctimai asayiş bərpa edildikdən sonra polis əməkdaşı dərhal seçki məntəqəsini tərk etməli və öz xidməti vəzifəsini yuxarıda göstərilən məsafədə yerinə yetirməlidir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM