15 Yanvar 2020 16:53
722
DÜNYA
A- A+

ABŞ istənilən halda İraqdan çıxmayacaq


İraq mövqeyini dəyişməsə ABŞ ayırdığı 250 milyon dollar həcmindəki yardımı rəsmi Bağdada verməyəcək.

AZƏRTAC xəbər verir ki, dekabr ayında İraq parlamenti başqa dövlətlərin hərbi hissələrinin ölkədən çıxması haqqında qanun qəbul etdikdən sonra Bağdad-Vaşinqton münasibətlərində gərginlik yaranıb. Hətta Prezident Donald Tramp İraqa qarşı ciddi iqtisadi sanksiyaların tətbiq oluna biləcəyi haqqında xəbərdarlıq edib.

Rəsmi Vaşinqton İraqı ABŞ banklardakı hesablarını bağlamaqla da hədələyib. İraq neft satışından əldə etdiyi vəsaitləri Amerika banklarında saxlayır. Lakin ABŞ administrasiyası onu da nəzərə çatdırıb ki, İraq parlamenti qanunu ləğv etsə və ABŞ hərbçilərinə İraqda qalmağa icazə verilsə, onda əməkdaşlıq davam edəcək.

ABŞ və İraq mətbuatında dərc olunan materiallara əsasən ABŞ istənilən halda İraqdan çıxmayacaq və bütün təsir imkanlarından istifadə edərək məqsədinə nail olacaq. Regionu təsir altında saxlamaq və İrana qarşı planlarını həyata keçirmək üçün ABŞ İraqda hərbi bazalarını saxlayacaq.

Hələlik tərəflər kompromis variant axtarırlar. Hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini isə zaman göstərəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video