Alternative content

10:45 21 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
05:27 21.02.2020 Şərəfli missiya
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV AMEA-da Strasburq Universitetinin nümayəndələri ilə görüş keçirilib
AMEA-da Strasburq Universitetinin nümayəndələri ilə görüş keçirilib
ANA SƏHİFƏ / Elm və texnika
16:30 15.01.2020

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev Fransanın Strasburq Universitetinin rektoru Mişel Denekenin rəhbərlik etdiyi nümayəndə heyəti və Fransanın ölkəmizdəki səfiri Zakari Qros ilə görüşüb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə akademik Ramiz Mehdiyev AMEA-nın tarixi inkişaf yolu və həyata keçirilən elmi-tədqiqat işləri haqqında danışıb. AMEA-nın elmi bölmələri haqqında ətraflı məlumat verən akademik burada müxtəlif sahələri əhatə edən çoxistiqamətli elmi tədqiqatların həyata keçirildiyini nəzərə çatdırıb. Qeyd edib ki, son illər akademiyada beynəlxalq elmi əlaqələrin inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilir, bir sıra elm və təhsil müəssisələri ilə əməkdaşlığa dair sənədlər imzalanır. Ölkələrimiz arasında dostluq əlaqələrinin dərin köklərə söykəndiyini deyən akademik Ramiz Mehdiyev digər sahələrdə olduğu kimi, elm sahəsində də sıx əlaqələrin olduğunu və bu qarşılıqlı elmi əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində işlərin davam etdirildiyini vurğulayıb.

Səmimi qəbula görə akademik Ramiz Mehdiyevə minnətdarlığını bildirən Strasburq Universitetinin rektoru Mişel Deneken azərbaycanlı alimlərlə əməkdaşlığa əhəmiyyət verdiklərini vurğulayıb. İki ölkənin elm və ali təhsil qurumları arasında qarşılıqlı elmi əlaqələrin inkişaf etdiyini bildirib.

Fransanın ölkəmizdəki səfiri Zakari Qros iki ölkə arasında əlaqələrdən, elmi əməkdaşlıqdan danışıb. O, Strasburq Universitetinin bir qrup aliminin Bakıya səfərinin uğurlu olacağına əminliyini ifadə edib. Səfir bu görüşün elmi əlaqələrin daha da genişləndirilməsi üçün böyük əhəmiyyət kəsb etdiyini deyib.

Akademik Ramiz Mehdiyev AMEA-nın institut və təşkilatları ilə Fransanın elmi mərkəzləri arasında əlaqələrin davam etdiriləcəyini, perspektiv əməkdaşlıq imkanları istiqamətində bundan sonra da müzakirələr aparılacağını vurğulayıb.

Tədbirdə AMEA ilə Strasburq Universiteti arasında qarşılıqlı əməkdaşlığa dair saziş imzalanması istiqamətində razılıq əldə olunub. Qeyd edilib ki, yaxın günlərdə Bakıda AMEA-nın Fəlsəfə və Coğrafiya institutları ilə birlikdə "İdeyalar gecəsi 2” adlı tədbir də keçiriləcək.

Görüşdə AMEA-nın birinci vitse-prezidentləri – akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev, Fransa səfirliyinin müşaviri Jerom Kel, Strasburq Universitetinin strategiya və inkişaf üzrə vitse-prezidenti Kristel Roy, Azərbaycan-Fransız Universiteti (UFAZ) üzrə əlaqələndirici Jan-Mark Planeks, UFAZ-ın direktoru Vazeh Əsgərov, baş katibi Şarlotta Payen, Fransa səfirliyinin əməkdaşı Qəmər Əfqani iştirak ediblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM