15 Yanvar 2020 16:23
4805
CƏMİYYƏT
A- A+

Qızardılmış yeməklərdən mümkün qədər uzaq olmaq lazımdır


Gündəlik qida rasionumuzda qızardılmış yeməklər üstünlük təşkil edir. Lakin həmin qidaların tərkibində yüksək kalori və çox miqdarda yağ olur. Bu, da II tip şəkərli diabet və piylənməyə, ürək-damar sisteminin patologiyasına şərait yaradır.

Həkim-diyetoloq Ləman Süleymanova bu barədə AZƏRTAC-a deyib: "Qızartma zamanı qidanın tərkibində olan vitamin və mikroelementlər parçalanır, nəticədə konserogenlər, sərbəst radikallar və transyağlar əmələ gəlir. Həmin maddələr isə orqanizm üçün çox ziyanlıdır və bir çox xəstəliklərin, o cümlədən xərçəngin əmələ gəlməsinə səbəb olur”.

Onun verdiyi məlumata görə, qızartma zamanı az miqdarda kərə yağından istifadə etmək lazımdır. Bir dəfə yemək hazırlanmış yağda ikinci dəfə heç nə qızardılmamalıdır. Duru yağlara isə qızartmalarda deyil, salatların tərkibində yer vermək məsləhətdir.

Həkim-diyetoloqun fikrincə, qızardılmış yeməklər əvəzinə sobada pörtlədilmiş qidalardan istifadə etmək daha yaxşıdır, çünki həmin proses zamanı onun tərkibindəki elementlər parçalanmağa daha az məruz qalırlar: "Xolesterin onunla reaksiyaya girən maddələrdən asılı olaraq zərərli və faydalı ola bilər. Qızardılmış qidaları qəbul edərkən zərərli xolesterin artır. Ona görə də həmin qidalardan mümkün qədər uzaq olmaq məsləhətdir. Tərəvəzlər vitaminlərlə zəngin olduğu üçün onları tam qızartmaq deyil, qaynatmaq lazımdır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video