Alternative content

03:04 24 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin yeni rekordu
Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin yeni rekordu
ANA SƏHİFƏ / İDMAN
16:04 15.01.2020

Şahmat üzrə hazırkı dünya çempionu norveçli Maqnus Karlsen məğlubiyyətsiz oyunlar seriyasına görə yeni rekorda imza atıb.

AZƏRTAC xəbər verir ki, Niderlandın Veyk-an-Zee şəhərində keçirilən və şahmatçımız Rauf Məmmədovun da qatıldığı "Tata Steel Chess 2020” turnirində yerli idmançı Yorden van Forest ilə heç-heçəyə imza atıb. Bununla da dünya çempionu ardıcıl məğlubiyyətsiz oyunların sayını 111-ə çatdırıb. Bundan əvvəlki rekord rusiyalı şahmatçı Sergey Tivyakova məxsus idi. O, 2005-ci ildə ardıcıl 110 oyunda məğlub olmayıb.

Qeyd edək ki, Rauf Məmmədov "Tata Steel Chess 2020” turnirinin B qrupunda uğurla çıxış edir. O, dörd turun nəticəsinə görə 2,5 xalla 2-5-ci yerləri bölüşür.

Yanvarın 15-i turnirin iştirakçıları üçün istirahət günüdür. Yanvarın 16-da beşinci turun oyunları keçiriləcək.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM