15 Yanvar 2020 16:03
586
CƏMİYYƏT
A- A+

DMX: Son beş ildə 1445 şəxs Avropa ölkələrindənAzərbaycana qaytarılıb


2014-cü ildən indiyədək 1445 nəfər Avropa ölkələrindən Azərbaycana geri qaytarılıb. Ölkəyə qaytarılan azərbaycanlıların böyük əksəriyyəti Almaniyada yaşayıb.

AZƏRTACxəbər verir ki, bunu yanvarın 15-də Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qurumun ötənilki fəaliyyətinin yekunlarına dair təşkil olunan mətbuat konfransında deyib.

Xidmət rəisinin sözlərinə görə, readmissiya olunan şəxslərdən Avstriya, Fransa, İsveç, Belçika kimi Avropa ölkələrində yaşayan azərbaycanlılar da olub. Bu günə olan məlumata görə, 1323 nəfər şəxsin readmissiya olunması ilə bağlı sorğular daxil olub. Bu sorğular müsbət cavablandırılıb, lakin geri qaytarılması reallaşmayıb. Ancaq onların da geri qaytarılması gözlənilir. Şəxslər qaytarıldığı təqdirdə Dövlət Miqrasiya Xidməti tərəfindən şəxslərin vəziyyəti, orada hansı problemlərinin olması ilə maraqlanılır. Miqrasiya Xidməti yanında reinteqrasiya üzrə işçi qrupu fəaliyyət göstərir. Orada müxtəlif qurumların nümayəndələri təmsil olunur. Biz bu çərçivədə DMX-də fəaliyyət göstərən reinteqrasiya üzrə işçi qrupu tərəfindən 57-58 şəxsin ehtiyaclarını həyata keçirmişik.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2016-cı il tarixli tapşırığına əsasən yaradılan reinteqrasiya işçi qrupuna Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin nümayəndələri daxildir. Dövlət Miqrasiya Xidməti işçi qrupda əlaqələndirici qurum qismində çıxış edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video