Alternative content

08:42 27 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:42 27.09.2020 Astaradan xəbərlər var
00:37 27.09.2020 Məqsədə doğru
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2019-cu ildə dövlət büdcəsinin gəlirləri 24,2 milyard manat, xərcləri isə 24,4 milyard manat olub
2019-cu ildə dövlət büdcəsinin gəlirləri 24,2 milyard manat, xərcləri isə 24,4 milyard manat olub
ANA SƏHİFƏ / İQTİSADİYYAT
13:58 15.01.2020

Maliyyə Nazirliyi ötən il üzrə dövlət və icmal büdcənin icrasına dair məlumatı açıqlayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirilib ki, 2019-cu il üzrə dövlət büdcəsinin gəlirləri 24 milyard 199,6 milyon manat, xərcləri 24 milyard 404,8 milyon manat olub.

Keçən il üzrə dövlət büdcəsinin gəlirləri 24 milyard 199,6 milyon manat və ya proqnoza qarşı 1 milyard 31,6 milyon manat çox (4,5 faiz çox) icra edilib. Bu 2018-ci illə müqayisədə 1 milyard 690,7 milyon manat və ya 7,5 faiz çoxdur.

Qeyri-neft sektoru üzrə dövlət büdcəsinə 10 milyard 595,1 milyon manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 11 milyard 27,4 milyon manat və ya 11,9 faiz, 2018-ci illə müqayisədə isə 1 milyard 486,7 milyon manat və ya 16,3 faiz çoxdur.

Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 7 milyard 672,1 milyon manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 356,1 milyon manat və ya 4,9 faiz, 2018-ci illə müqayisədə isə 256,6 milyon manat və ya 3,5 faiz çoxdur.

Gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə 4 milyard 408,6 milyon manat vəsait daxil olub, bu da proqnoza nisbətən 706,6 milyon manat və ya 19,1 faiz, 2018-ci illə müqayisədə isə 974,6 milyon manat və ya 28,4 faiz çoxdur.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 milyard 364,3 milyon manat vəsait transfert edilib.

2019-cu ildə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 590,1 milyon manat, sair daxilolmalardan 164,5 milyon manat vəsait dövlət büdcəsinə daxil olub.

Keçən ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin mədaxili 7 milyard 328,4 milyon manat icra edilib.

Ötən il dövlət büdcəsinin xərcləri 96,9 faiz və ya 24 milyard 404,8 milyon manat icra olunub ki, bu da 2018-ci illə müqayisədə 1 milyard 673,2 milyon manat və ya 7,4 faiz çoxdur.

2019-cu il ərzində dövlət büdcəsi xərclərinin 13 milyard 514,4 milyon manatı və ya 55,4 faizi cari xərclərə, 9 milyard 366,1 milyon manatı və ya 38,4 faizi əsaslı xərclərə, 1 milyard 524,3 milyon manatı və ya 6,2 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

Keçən ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin xərcləri 7 milyard 714,2 milyon manat icra olunub.

2019-cu ilin dövlət büdcəsinin kəsiri 205,2 milyon manat təşkil edib ki, bu da proqnozlaşdırılan 2 milyard 22 milyon manat kəsirdən 1 milyard 816,8 milyon manat və ya 9,9 dəfə azdır. Kəsirin maliyyələşdirilməsi dövlət istiqraz vərəqələrinin satışından, dövlət əmlakının özəlləşdirməsindən daxil olan vəsait və vahid xəzinə qalığı hesabına həyata keçirilib.

Ötən ilin icmal büdcəsinin gəlirləri 33 milyard 818,3 milyon manat olub ki, bu da proqnoza nisbətən 4 milyard 583,5 milyon manat və ya 15,7 faiz, 2018-ci illə müqayisədə isə 2 milyard 893,6 milyon manat və ya 9,4 faiz çoxdur. İcmal büdcəsinin xərcləri 26 milyard 475,6 milyon manat 96,7 faiz təşkil edib.

2019-cu ilin icmal büdcəsində 7 milyard 342,7 milyon manat büdcə artıqlığı (profisit) yaranıb ki, bu da proqnoza (1 milyard 863,9 milyon manat) nisbətən 5 milyard 478,8 milyon manat və ya 3,9 dəfə çoxdur.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM