Alternative content

06:57 27 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:42 27.09.2020 Astaradan xəbərlər var
00:37 27.09.2020 Məqsədə doğru
00:25 27.09.2020 “Pəri cadu”
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “AzerGold” QSC ali məktəblərlə əməkdaşlığı uğurla davam etdirir
“AzerGold” QSC ali məktəblərlə əməkdaşlığı uğurla davam etdirir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
13:50 15.01.2020

"AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) əlvan metal sənayesinin davamlı və dayanıqlı inkişafını təmin etmək üçün kadr potensialının möhkəmləndirilməsinə böyük önəm verir. Səhmdar Cəmiyyət bu məqsədlə Azərbaycanda fəaliyyət göstərən bir sıra ali məktəblərlə əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.

QSC-dən AZƏRTAC-a bildirilib ki, ötən il ərzində Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), ADA Universiteti və Azərbaycan Texniki Universiteti (ATU) ilə müvafiq razılaşmalara uyğun olaraq aidiyyəti ixtisaslar üzrə təhsil alan tələbə və müəllim heyətinin Çovdar filiz emalı sahəsinə bir sıra səfərləri təşkil olunub, Səhmdar Cəmiyyətin mütəxəssisləri tələbələrə mühazirələr oxuyub, ustad dərsləri keçərək müxtəlif təqdimatlar edib, eləcə də stimullaşdırıcı tədbirlər vasitəsilə peşəkar mütəxəssislərin yetişdirilməsinə öz töhfələrini veriblər.

Ötən il ərzində QSC-nin inzibati binasında və Çovdar filiz emalı sahəsində yaz və yay istehsalat-təcrübə proqramlarını uğurla başa çatdırmış 52 tələbəyə cəmiyyətin sertifikatları təqdim edilib. Həmçinin hər iki təcrübə proqramı iştirakçıları arasında keçirilən ənənəvi "Mənim təcrübə hekayəm” adlı yazı müsabiqəsinin qalibləri də mükafatlara layiq görülüblər.

"AzerGold”un mütəxəssisləri tərəfindən adları çəkilən universitetlərdə geoloji-kəşfiyyat və dağ-mədən sənayesinin özəllikləri, "Universitetdən karyeraya uğurlu keçid”, "Respublika ərazisində nəcib və əlvan metal yataqlarının proqnostik göstəriciləri və onların ehtiyatlarının istismara cəlb olunmasının perspektivləri” kimi mövzularda seminar-mühazirələr təşkil edilib. Bununla yanaşı, "AzerGold” QSC ADA Universiteti, BDU, AzMİU, Bakı Ali Neft Məktəbi, Xəzər Universiteti, UTECA, ADNSU, ADAU, Bakı Biznes Universiteti və Kooperasiya universitetlərində təşkil olunmuş ümumilikdə 12 karyera sərgisində iştirak edib.

QSC-yə fərdi qaydada təcrübə keçmək üçün müxtəlif yerli və xarici ali təhsil ocaqlarının tələbə və məzunları da mütəmadi olaraq müraciət edirlər. "AzerGold” həmin gənclərə müvafiq sahələrdə öz bilik və bacarıqlarını artırmaqda daim dəstək olur, onların təcrübə keçmələri üçün lazımi şərait yaradır. Son olaraq Azərbaycan Dillər Universiteti, Bakı Mühəndislik Universiteti, Türkiyənin Karadeniz Teknik və Namik Kemal universitetləri, Almaniyanın Freyberq və Klausthal Texnologiya universitetlərinin müvafiq sahələr üzrə istehsalat təcrübəsini uğurla tamamlamış tələbə və məzunlarına "AzerGold” QSC tərəfindən sertifikatlar təqdim olunub.

Qeyd edək ki, 2019-cu ildə "AzerGold” QSC daha 3 ali məktəb – Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb. Tərəflər bu ildən etibarən dağ-mədən sahəsində müasir peşə tələblərinə cavab verən ixtisaslı mütəxəssislərin hazırlanması istiqamətində birgə əməkdaşlıq edəcəklər. Cari ildə də ali məktəblər, eləcə də elmi-tədqiqat müəssisələri ilə birgə yeni əməkdaşlıq layihələrinin icrası nəzərdə tutulur.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM