Alternative content

11:18 17 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Azərbaycan Ədəbiyyatı Muzeyi: Yeni dissertasiya şurasının ilk iclası keçirilib
Milli Azərbaycan Ədəbiyyatı Muzeyi: Yeni dissertasiya şurasının ilk iclası keçirilib
ANA SƏHİFƏ / Elm və texnika
13:49 15.01.2020

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Ədəbiyyatı Muzeyində yeni dissertasiya şurasının ilk toplantısı keçirilib

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, professor Famil Mustafayevin 2019-cu il 19 dekabr tarixli əmri ilə Ədəbiyyat Muzeyinin nəzdində ED 1.31 qeydiyyat nömrəsi ilə filologiya elmləri sahəsində fəlsəfə və elmlər doktoru dissertasiyalarının müdafiəsi üçün dissertasiya şurası yaradılıb. Şuranın sədri akademik Rafael Hüseynov, sədr müavini filologiya elmləri doktoru, professor Rəhilə Qeybullayeva, elmi katibi filologiya üzrə elmlər doktoru, professor Tofiq Məlikovdur. Dissertasiya şurasının tərkibinə respublikanın görkəmli alimləri daxil edilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, yeni yaradılmış dissertasiya şurasının ilk iclasında çıxış edən akademik Rafael Hüseynov son dövrlərdə humanitar elmlər sahəsində ciddi irəliləyişlərin, böyük nailiyyətlərin əldə olunduğunu vurğulayıb. O, dissertasiya şurasında ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid, Azərbaycan ədəbiyyatı, dünya ədəbiyyatı (İran ədəbiyyatı), mətnşünaslıq, mənəvi-mədəni irsə dair qədim əlyazmaların işlənməsi (tərcüməsi, tədqiqi və nəşrə hazırlanması) ixtisasları üzrə fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiələrinin keçirilməsinin nəzərdə tutulduğunu deyib.

Rafael Hüseynov humanitar elmin prioritet istiqamətlərində araşdırmalar aparılması, tədqiqat mövzularının miqyasının genişləndirilməsi, yeni araşdırmaların müasir dünya elminin tələblərinə uyğunlaşmasının zəruriliyini qeyd edib.

İclasda dissertasiya şurasının fəaliyyətinin müasir elmi tələblər səviyyəsində qurulması, dissertasiya mövzularına dair şəffaf qərarların qəbulu, müəyyən edilmiş nöqsanların əsaslandırılması, plagiat hallarının qarşısının alınması və s. məsələlər ətrafında müzakirələr aparılıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM