Alternative content

08:01 27 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:42 27.09.2020 Astaradan xəbərlər var
00:37 27.09.2020 Məqsədə doğru
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Q Qayananın Xarici İşlər naziri: Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıyıq
Q Qayananın Xarici İşlər naziri: Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıyıq
ANA SƏHİFƏ / SİYASƏT
13:03 15.01.2020

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Qayananın Xarici İşlər naziri Karen Kamminqs iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçiriblər.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, Elmar Məmmədyarov həmkarı Karen Kamminqsə Azərbaycan ilə Qayana arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbriklərini çatdırıb. Bildirilib ki, iki xalq arasında dostluq və qarşılıqlı anlaşma ruhuna əsaslanan əməkdaşlıq ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar yaradır.

Nazir Elmar Məmmədyarov Qayananın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində də qeyd olunduğu kimi, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həlli istiqamətində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Sonra Elmar Məmmədyarov iki ölkə arasında ortaq maraq və dəyərlərə əsaslanan mövcud çoxşaxəli əməkdaşlığın inkişafı üçün birgə səylərin davam etdiriləcəyindən əmin olduğunu qeyd edib.

Qayananın Xarici İşlər naziri Karen Kamminqs ölkəsi Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Azərbaycan Hökumətini və xalqını təbrik edib.

Karen Kamminqs iki ölkə arasında mövcud olan səmimi münasibətlərin xalqlarımızın rifahı üçün ortaq baxış və dəyərlərə əsaslandığını bildirib. 1995-ci il yanvarın 9-da diplomatik münasibətlərin qurulmasından ötən 25 il ərzində ölkələrimiz arasında dostluq münasibətlərinin daha da möhkəmləndiyini vurğulayıb.

O, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə BMT-də islahatlar və iqlim dəyişikliyi mövzularında iki dövlət arasında qarşılıqlı maraq doğuran birgə ikitərəfli əməkdaşlığın dərinləşməsinə toxunub.

Qayananın Xarici İşlər Naziri qarşıdakı illərdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bir daha diqqətə çatdırıb.

Xatırladaq ki, Azərbaycan və Qayana arasında diplomatik münasibətlər 1995-ci il yanvarın 9-da qurulub.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM