Alternative content

12:14 07 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
00:23 07.07.2020 BİLDİRİŞ
00:21 07.07.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İlham Əliyev Paşinyanı növbəti dəfə ifşa etdi
İlham Əliyev Paşinyanı növbəti dəfə ifşa etdi
ANA SƏHİFƏ / SİYASƏT
03:15 15.01.2020


Ermənistan 2019-cu ili məyusluq və ümidsizlik ovqatında, sosial-iqtisadi böhran, siyasi xaos və dərinləşən miqrasiya problemi ilə başa vurdu


İqtisadi qüdrətini davamlı şəkildə yüksəldən Azərbaycan bu gün mövcud olduğu regionda proseslərin inkişaf axarını müəyyən edən əsas dövlət kimi qəbul olunur. Belə vəziyyət öz növbəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin böyük uğurunun daha bir göstəricisidir.

Əldə etdiyi nailiyyətlərdən məharətlə istifadə edən Azərbaycan bu gün işğalçı Ermənistana həm diplomatiya müstəvisində böyük zərbələr vurur, həm də bu ölkəni təcrid vəziyyətinə salmaqla onun sosial-iqtisadi vəziyyətini ağırlaşdırır. Ermənistan işğal siyasətinə son qoymayana qədər ağır vəziyyətdə qalmağa, daha böyük problemlərlə üzləşməyə davam edəcək.

Ötən ilə nəzər yetirdikdə şahidi oluruq ki, Azərbaycan Ermənistanın siyasi iflasını uğurla həyata keçirib. İştirak etdiyi beynəlxalq tədbirlər, sammitlər lazımi nəticə ilə yekunlaşıb: İlham Əliyev Ermənistan rəhbərliyini ifşa edib, onu rəzil hala salıb və dünya erməniliyinin əsl məkrli mahiyyətini danılmaz faktlarla göstərib.


İşğala son qoyulmasa, iflas qaçılmazdır


İndi dünya miqyasında da birmənalı qəbul olunan həqiqət budur ki, işğal siyasətinə son qoymayacağı təqdirdə qarşıdakı dövr ərzində Ermənistanı daha böyük problemlər gözləyir. Hakimiyyətin dəyişməsi ilə nəticələnmiş inqilab eyforiyası bitdikdən sonra Ermənistanda mövcud sosial-iqtisadi problemlər həmişə olduğu kimi 2019-cu ildə də ön plana çıxıb. İndi cəmiyyət yeni hakimiyyətdən üzləşdikləri sosial çətinliklərin həllini tələb edir. Amma bunun üçün lazımi resurslar olmadığından ölkəni aksiyalar, tətillər bürüyür.

Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidentinin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı bu mövzuya toxunan dövlət başçısı İlham Əliyev də ötən il Azərbaycan və Ermənistanın makroiqtisadi və reytinq göstəricilərinin müqayisəsini aparıb:

- Azərbaycanın ümumi daxili məhsulu 47,6 milyard dollar, Ermənistanda isə cəmi 13 milyard dollardır;

- Alıcılıq qabiliyyətinə görə Azərbaycan (187 milyard dollar), Ermənistandan (33 milyard dollar) 5,6 dəfə üstündür;

- Adambaşına düşən ümumi daxili məhsul Azərbaycanda 4800 dollar, Ermənistanda 4500 dollardır;

- Alıcılıq qabiliyyətinə görə adambaşına düşən ümumi daxili məhsul Azərbaycanda 18 min 600 dollar, Ermənistanda isə 11 min dollardır;

- Valyuta ehtiyatlarında fərq 25 dəfədir. Azərbaycanda 51 milyard dollar, Ermənistanda isə 2 milyard dollardır;

- Xarici ticarət dövriyyəsində iki ölkə arasında fərq 4,5 dəfədir. Azərbaycanda 33,6 milyard dollar, Ermənistanda isə 7,4 milyard dollardır;

- İxracda fərq 8,1 dəfədir - Azərbaycan 19,6 milyard dollar, Ermənistan 2,4 milyard dollardır;

- Müsbət saldo Azərbaycanda 6 milyard dollar, Ermənistanda mənfi saldo 2,6 milyard dollardır;

- Sərmayə qoyuluşunda fərq 15 dəfədir. Keçən il Azərbaycana 13,5 milyard dollar qoyulubdur, Ermənistana 900 milyon dollar;

- Azərbaycanda xarici dövlət borcu ümumi daxili məhsulun 17 faizini təşkil edir, Ermənistanda 40 faizdən çoxdur;

- Valyuta ehtiyatları Azərbaycanda xarici dövlət borcundan 6,4 dəfə, Ermənistanda xarici dövlət borcu valyuta ehtiyatlarından 2,3 dəfə çoxdur;

- Adambaşına düşən xarici borc Azərbaycanda 799 dollar, Ermənistanda isə 1900 dollardır.

Yuxarıdakı rəsmi rəqəmlərdən göründüyü kimi, Ermənistanın yeni iqtidarı da ötən müddət ərzində iqtisadi problemləri həll edə bilməyib. Əvvəllər Rusiya və digər ölkələrin hesabına yaşayan Ermənistan indinin özündə də xaricdən asılı vəziyyətdədir. Xarici ianə və yardımların kəsiləcəyi təqdirdə Ermənistanın daha böyük səfalətə sürüklənəcəyi şəksizdir. Əhalinin getdikcə dərinləşən sosial problemləri, işsizlik, xarici sərmayənin az olması, istehsalın yoxluğu vəziyyəti daha da ağırlaşdırır. Ölkənin istehsalı əsasən dağ-mədən və kimya sənayesi çərçivəsində olub ki, hazırda burada da ciddi tənəzzül hökm sürür. Bu sahələr əsasən Rusiya, İran şirkətlərinin nəzarətindədir və böyük əksəriyyətinin fəaliyyəti dayanıb.


"...Ermənistanda sıfır”


2019-cu il Ermənistan üçün sosial-iqtisadi, ictimai-siyasi müstəvidə vəziyyətin daha da gərginləşməsi ilə xarakterizə olundu. Proqnozlar göstərir ki, əhalinin maddi rifah halının pisləşməsi, daxili və xarici siyasətdə qeydə alınan uğursuzluqlar cari ildə də davam edəcək. Çünki problemlərin çözümü üçün Paşinyan hakimiyyətinin konkret siyasəti və proqramı yoxdur.

Əməkhaqları və pensiyalara dair məlumatda Azərbaycanla müqayisədə ortaya çıxan aşağıdakı fərq isə Ermənistanda mövcud sosial-iqtisadi durumun hansı səviyyədə olduğunu və əhalinin yaşayışının daha böyük sürətlə pisləşməsini göstərir:

- Azərbaycanda orta əməkhaqqı 425 dollar, Ermənistanda 369 dollar təşkil edir;

- Alıcılıq qabiliyyətinə görə orta əməkhaqqı üzrə Azərbaycan MDB-də ikinci, Ermənistan doqquzuncu yerdədir;

- Minimum pensiya Azərbaycanda 118 dollar, Ermənistanda 55 dollardır;

- Minimum pensiyaya görə Azərbaycan MDB-də ikinci, Ermənistan doqquzuncu yerdədir;

- Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB-də birinci, Ermənistan onuncu, yəni axırıncı yerdədir;

- Orta pensiya Azərbaycanda 154 dollar, Ermənistanda 84 dollardır;

- MDB-də orta pensiyaya görə Azərbaycan dördüncü, Ermənistan səkkizinci yerdədir;

- Orta pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB-də ikinci, Ermənistan axırıncı - onuncu yerdədir;

- Yoxsulluq səviyyəsi Azərbaycanda 4,8 faiz, Ermənistanda 24 faizdir;

- 2019-cu ildə şəhid ailələrinə və müharibə əlillərinə Azərbaycanda 934 mənzil verilibdir, Ermənistanda sıfır;

- Bütövlükdə şəhid ailələrinə və müharibə əlillərinə 7590 mənzil verilib, Ermənistanda isə belə proqram mövcud deyil;

- 2019-cu ildə şəhid ailələrinə və müharibə əlillərinə 600 avtomobil verilib, Ermənistanda sıfır;

- Bütövlükdə şəhid ailələrinə və müharibə əlillərinə 6750 avtomobil verilib, Ermənistanda sıfır.

Göründüyü kimi, hadisələrin inkişaf axarı bu nəticəyə gəlməyə əsas verir ki, bütün regional layihələrdən kənarda qalan Ermənistan hazırda sosial partlayış ərəfəsindədir, əhalinin sosial durumu dözülməz həddə çatmaqdadır. Bütün bunlara paralel olaraq işğalçı ölkədə insan hüquqları ilə bağlı durum da getdikcə daha acınacaqlı xarakter alır.

İşğalçı Ermənistanda son hakimiyyət dəyişikliyindən sonra bu istiqamətdə dəhşətli bir vəziyyət hökm sürür. İnqilabdan sonra Ermənistanda nəinki demokratiyadan, hətta qanunun aliliyindən belə bəhs etmək üçün səbəb yoxdur. Son məlumatlara əsasən, 2019-cu ildə məişət zorakılığı ilə bağlı 500-dən çox hal qeydə alınıb. Qeyd olunur ki, məişət zorakılığı halları üzrə ötən ilin ilk yarısında 176 cinayət işi qaldırılıb, 209 nəfər müttəhim qismində məsuliyyətə cəlb olunub. Bu şəxslərin 77-si 18-35 yaş, 132 nəfəri isə 35 yaşdan yuxarı insanlardır.

Ermənistanın hüquq ekspertləri və vətəndaş cəmiyyətinin nümayəndələri qeyd edirlər ki, məişət zorakılığı hallarının artması əhalinin maddi vəziyyətinin ağır olması ilə sıx əlaqəlidir. Buna paralel olaraq bütün sahələr üzrə getdikcə yüksələn qiymət artımları əhalinin sosial vəziyyətini daha da ağırlaşdırıb.


Azərbaycan 10-cu, Ermənistan 59-cudur


Bu gün birmənalı qəbul olunan həqiqətdir ki, işğal siyasətinə son qoymayacağı təqdirdə qarşıdakı dövr ərzində Ermənistanı daha böyük problemlər gözləyir. Azərbaycan həm iqtisadi, həm hərbi, həm də demoqrafik cəhətdən Ermənistanı üstələməkdə davam edir. Bundan əlavə, ölkəmiz ötən dövr ərzində yeni qlobal enerji və nəqliyyat layihələrinə start verməklə Ermənistanın təcridini daha da dərinləşdirib.

Burada nəzərə almaq lazımdır ki, Azərbaycan diplomatiyası uğurlu addımları ilə konkret aspektlər üzrə dünyanın bir çox dövlətləri ilə səmərəli əməkdaşlıq sistemi yaradır. Ermənistan isə işğal siyasətinə görə bu sistemdən kənarda qalır. Ölkədə aclıq və fəlakət hökm sürür.

Bunlar Davos Ümumdünya İqtisadi Forumunun qlobal rəqabətlilik hesabatında da öz əksini tapıb:

- İqtidarın uzunmüddətli strategiyasına görə Azərbaycan dünyada onuncu, Ermənistan 59-cu yerdədir;

- İqtidarın siyasi sabitliyi təmin etməsi - Azərbaycan 11-ci, Ermənistan 58-ci yerdədir;

- Məhkəmə azadlığı - Azərbaycan 39-cu, Ermənistan 67-ci yerdədir;

- Polis orqanlarına etimad - Azərbaycan 30-cu, Ermənistan 44-cü yerdədir;

- Yolların keyfiyyəti - Azərbaycan 27-ci, Ermənistan 91-ci yerdədir;

- Dəmir yolu xidmətlərinin səmərəliliyi - Azərbaycan dünya miqyasında 11-ci, Ermənistan 67-ci yerdədir;

- Hava yolları xidmətlərinin səmərəliliyi - Azərbaycan 12-ci, Ermənistan 67-ci yerdədir;

- İnternet istifadəçilərinin sayına, yəni əhali üzrə payına görə faizlə Azərbaycan 43-cü, Ermənistan 77-ci yerdədir;

- Əhali arasında rəqəmsal biliklər üzrə Azərbaycan 19-cu, Ermənistan 50-ci yerdədir;

- Ümumi daxili məhsul, alıcılıq qabiliyyəti pariteti üzrə Azərbaycan 69-cu, Ermənistan 120-ci yerdədir.


İşğalçı ölkəni daha böyük sarsıdıcı zərbələr gözləyir


Ötən il ərzində Ermənistanda bütün sahələr üzrə ciddi tənəzzül qeydə alınıb və ölkənin formal müstəqilliyi də aradan qalxmaq təhlükəsi ilə üzləşməkdədir. Ermənistandan fərqli olaraq keçən illər ərzində davamlı şəkildə güclənməyi bacaran Azərbaycan inkişaf parametrlərinə görə işğalçı ölkəni xeyli qabaqlayıb. İndi real mənzərə ondan ibarətdir ki, kifayət qədər güclənən Azərbaycan hərbi güc yolu ilə işğal faktını qısa müddətdə tam aradan qaldırmaq iqtidarındadır.

Silahlanma müqayisəsində Azərbaycandan dəfələrlə geridə qalan Ermənistan ordusu nizam-intizam baxımından da böyük tənəzzül yaşayır. Rəhbərliyin orduya dair verdiyi heç bir vədi yerinə yetirməməsi, eləcə də təchizatın çatışmaması Ermənistan ordusunda narazılıqları artırır. Belə vəziyyətdə Ermənistan ordusunun nəinki döyüş qabiliyyəti azalır, hətta onların normal xidmət aparmasını belə mümkünsüz edir. İndi Ermənistanda belə bir fikir hakimdir ki, orduda zabitlər əsgərlərə vətənin müdafiəçiləri kimi deyil, şəxsi varlanmalarını təmin edən obyekt kimi baxırlar.

Ermənistanda açıq etiraf olunur ki, Azərbaycan indi kifayət qədər yaxşı təchiz edilmiş silahlı qüvvələr yarada bilib. Bunu "Global Firepower 2019”un hesabatı da təsdiq edir:

- Dünyanın ən güclü orduları reytinqində Azərbaycan 52-ci, Ermənistan isə 96-cı yerdədir;

- Hava gücü üzrə Azərbaycan 63-cü, Ermənistan 86-cı yerdədir;

- Dəniz gücü üzrə Azərbaycan 67-ci yerdə, Ermənistanda dəniz yoxdur;

- Tank gücü üzrə Azərbaycan 32-ci, Ermənistan 78-ci yerdədir.

İşğalçı ölkənin təhlükəsizlik sisteminin ekspertləri Ermənistan silahlı qüvvələrində vəziyyətin həqiqətən də acınacaqlı olduğunu etiraf edirlər. Onlar hesab edirlər ki, islahatlar aparılmasa, onsuz da pis vəziyyətdə olan Ermənistan ordusu daha sürətlə tənəzzülə uğrayacaq. Hazırda isə işğalçı ölkənin silahlı qüvvələrində hökm sürən anarxiya onu uçuruma aparır.

Rəsmi açıqlanan məlumata görə, ötən ilin 9 ayı ərzində Ermənistan silahlı qüvvələrinin 39 hərbçisi ölüb. İşğalçı ölkədə 16 hərbçi xidmət zamanı,

23 hərbi qulluqçu isə qeyri-müəyyən şəraitdə dünyasını dəyişib. Belə faktların çoxluğu fonunda aydın görünür ki, ölkədə ordunun çöküşü əvvəlki dinamika ilə davam edir.

Döyüş itkilərindən əlavə, Ermənistan ordusunda baş verən fərarilik, ölüm, döyülmə, rüşvət, korrupsiya, intihar, təcavüz və digər nizamnamədənkənar halların sayı dəfələrlə artıb. Əvvəlki kimi, erməni ordusu daxildə çox ciddi qütbləşməyə məruzdur, regionçuluq məsələsi bu silahlı qüvvələrin durumunu daha da ağırlaşdırır. Komandirlər tərəfindən hərbi hissələrdən hərbi qulluqçuların qanunsuz yolla pul müqabilində ay ərzində hərbi hissədən kənara buraxılma halları hələ də davam etməkdədir.


İdman sahəsində də fərq böyükdür


Ötən dövr ərzində Ermənistanda bütün sahələr, o cümlədən idman sferasında da ciddi tənəzzül qeydə alınıb. Bir çox idmançılar ölkəni tərk edərək başqa dövlətlərin bayraqları altında yarışmağa qərar veriblər. Ermənistandan fərqli olaraq keçən illər ərzində davamlı şəkildə güclənməyi bacaran Azərbaycan idman sahəsindəki inkişaf parametrlərinə görə işğalçı ölkəni xeyli qabaqlayıb. Bunu aşağıdakı müqayisə ilə görmək mümkündür:

Ötən il dünya və Avropa çempionatlarında Azərbaycan (775 medal, 271-i qızıl) Ermənistanı (222 medal, 61-i qızıl) böyük fərqlə üstələyib;

- 2019-cu ildə II Avropa Oyunlarında Azərbaycan 28, Ermənistan isə

11 medal əldə edib;

- 2019-cu ildə keçirilmiş güləş üzrə Avropa çempionatında Azərbaycan

13 medal (4 qızıl) qazanıb, Ermənistan isə 3 medal (bir qızıl) əldə edib;

- 2016-cı il Rio Olimpiya Oyunlarında Azərbaycan 18 medal, Ermənistan isə 4 medal əldə edib.


Ermənilər kütləvi şəkildə ölkəni tərk edirlər


Vəziyyətdən yeganə çıxış yolunu Ermənistan əhalisi ölkədən birdəfəlik miqrasiya edərək yaşamaq üçün başqa ölkələrə üz tutmaqda görür. Ümumiyyətlə, 2019-cu ildə ağır sosial-iqtisadi vəziyyət fonunda Ermənistanda miqrasiya probleminin daha da dərinləşməsi müşahidə olunub. Hadisələrin real inkişaf axarı göstərir ki, bu gedişlə miqrasiya Ermənistanda əsl demoqrafik fəlakət yaradacaq.

Hakimiyyətin bu məsələnin həlli istiqamətində atdığı addımlar isə faktiki olaraq iflasa uğrayıb. Məsələnin bu tərəfinə nəzər salan etnoqraflar bildirirlər ki, ölkə rəhbərliyi indiyədək miqrasiya prosesini dayandıra, qarşısını ala bilməyib. Vurğulanır ki, bu gedişlə Ermənistanda əhalinin kütləvi şəkildə köç etməsinin, xarici ölkələrə axınının qarşısını almaq qətiyyən mümkün olmayacaq.

Reallıq isə budur ki, 1991-ci ildən 2019-cu ilə qədər Ermənistanda yaşayan ermənilər arasında 17 faiz azalma müşahidə edilib. Ermənistan Milli Statistika Xidmətinin Demoqrafiya və Statistika şöbəsinin müdiri Karina Kyumcyan deyib ki, 1991-ci ildə 3,5 milyon nəfər əhalisi olan Ermənistanda bu ilin əvvəlində aparılan siyahıyaalma nəticəsində 2 milyon 965 min nəfərin qeydiyyatı ortaya çıxıb. 2012-2018-ci illərdəki 92 min təbii artıma qarşı 150 min nəfərdən artıq erməni vətəndaşının ölkəni birdəfəlik tərk etdiyi məlum olub.

O da qeyd olunur ki, əhalinin azalmasının əsl səbəbi Ermənistanda baş verən özbaşınalıq, rüşvətxorluq və korrupsiya, iqtisadiyyatın ölü vəziyyətdə olması və düzgün xarici siyasətin aparılmamasıdır. Bundan başqa, ekspertlər ona da diqqət yönəldirlər ki, görülən kosmetik tədbirlərə baxmayaraq, Ermənistanda əhalinin 50 faizi yoxsulluqdan da aşağı səviyyədə yaşayır. Ermənistan əhalisi artıq bu ağır durumun dəyişəcəyinə ümid bəsləmir, ona görə də yeganə çıxış yolunu ölkədən köçməkdə görür. Ölkədə qalanlar üçün isə iş yeri tapılmır. Bu isə sosial gərginliyi daha da artırır.

Elçin CƏFƏROV,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM