Alternative content

00:50 21 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Uğurlu yekunlar, məsul vəzifələr
Uğurlu yekunlar, məsul vəzifələr
ANA SƏHİFƏ / İQTİSADİYYAT
03:02 15.01.2020


Ağdam kəndlisi yeni ildə yeni hədəflərə köklənib


Dövlətin davamlı qayğısından güc alan ağdamlılar torpağın hər qarışından maksimum səmərəli istifadə etməyə çalışır, öz halal zəhmətlərinə güvənib məhsul istehsalını artırırlar. Rayonun kənd təsərrüfatı sahəsində uğurlarla müşayiət olunan 2019-cu il artıq arxada qalmışdır. Aqrar sektorun ayrı-ayrı sahələrində Ağdam kəndlisinin qazandığı nəticələr kifayət qədərdir.

Ərazisinin dörddəüç hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, müharibə şəraitində yaşayan bu cəbhə bölgəsində çörək də silah qədər əhəmiyyətlidir. Rayon rəhbərliyinin bu istiqamətdə məqsədyönlü şəkildə uğurla həyata keçirdiyi təşkilat-təsərrüfat tədbirlərinin nəticələri qənaətbəxşdir. Keçən il rayonun təsərrüfatlarında 14462 hektar sahədə taxıl əkilib-becərilmişdir. Fermerlər aqrotexniki tələblərə ciddi əməl edərək yüksək məhsuldarlığa nail olmuşlar. Orta hesabla hər hektardan 38,3 sentner məhsul götürülmüş, bütovlükdə 55530 ton taxıl istehsal edilmişdir.

Qazanılan uğurda taxıl toxumçuluğu ilə məşğul olan ayrı-ayrı fermer təsərrüfatlarının əməyi xüsusilə təqdirəlayiqdir. Bu gün səmərəli fəaliyyətləri ilə fərqlənən Rima Haqverdiyevanın, Raqub Səmədovun, Tahir İbayevin adları rayonun qabaqcıl və təcrübəli taxılçıları kimi hörmətlə çəkilir.

Ötən il qazanılan nailiyyətdən arxayınlaşmayan taxılçılar yeni ilin məhsul bolluğuna da etibarlı bünövrə qoymuşlar. Bu ilin məhsulu üçün 14347 hektar sahəyə taxıl səpilmiş, hər yerdə normal bitiş alınmışdır.

Prezident İlham Əliyevin kənd təsərrüfatında ənənəvi sahələri inkişaf etdirmək barədə tapşırıq və tövsiyələri ölkənin bütün regionlarında olduğu kimi, Ağdamda da kənd əməkçilərinin fəaliyyətini istiqamətləndirir, bütövlükdə aqrar sektorun dinamik inkişafına güclü təkan verir. Bu baxımdan strateji əhəmiyyətli, kəndli üçün gəlirli sahə olan pambıqçılığın inkişafına rayonda böyük önəm verilir. Çəkilən zəhmət, görülən tədbirlər isə nəticəsiz qalmır. 2019-cu ildə rayonun təsərrüfatlarında 2600 hektar sahədə pambıq əkilmiş, becərmə işləri yüksək aqrotexniki tələblər səviyyəsində həyata keçirilmiş, xüsusən texnikanın gücündən səmərəli istifadə olunaraq yığım kampaniyası yüksək səviyyədə keçirilmişdir. Ağdamlılar böyük zəhmət bahasına yetişdirdikləri məhsulu son qozasınacan yığıb tədarük etmiş, məntəqələrə 7315 ton pambıq təhvil vermişlər. Aqrotexniki tələblərə ciddi əməl olunması hər hektarın yüksək məhsuldarlığını təmin etmişdir. Orta məhsuldarlıq 28,1 sentner olmuşdur ki, bu da 2018-ci ildəkindən 10 sentner çoxdur. Ayrı-ayrı fermer təsərrüfatlarında qazanılan məhsuldarlıq isə daha yüksək olmuşdur. Rayonun qabaqcıl pambıqçıları kimi şöhrət qazanmış Mürsəl Qurbanovun və Ramil Babayevin başçılıq etdikləri fermer təsərrüfatlarında orta məhsuldarlıq 40-45 sentnerə çatmışdır.

İndi Ağdam kəndlisini yeni təsərrüfat ilinin qayğıları düşündürür. Pambıq əkiləcək sahələr şumlanır, qış aratına qoyulur. Eyni zamanda, torpaq istifadəçiləri ilə rayonda fəaliyyət göstərən emal müəssisələri arasında müqavilələr bağlanır, işgüzar danışıqlar aparılır.

Aqrar sektorda gəlirli sahələrdən olan baramaçılığın inkişafına da Ağdamda böyük maraq var. Baramaçılığın etibarlı yeni bazasını yaratmaq üçün rayonda zəruri tədbirlər görülmüşdür. Ayrı-ayrı təsərrüfatlarda Çin Xalq Respublikasından gətirilmiş 45 min ədəd məhsuldar tut tingləri əkilmişdir. Yerli tut ağaclarının sayı da kifayət qədər çoxdur. Bütün bunların nəticəsidir ki, ötən il sözügedən sahədə böyük uğur qazanılaraq 16869 kiloqram barama tədarük edilmişdir. Bu, əvvəlki illə müqayisədə xeyli çoxdur.

Rayon aqrar inkişaf mərkəzinin direktoru vəzifəsini icra edən Ramal Məmmədov dedi:

- Ağdam kəndlisi 2019-cu ili uğurla başa vurub. Aqrar sektorun bütün sahələrində nəzərdə tutulan vəzifələr artıqlaması ilə yerinə yetirilir. Taxıl, pambıq, barama, meyvə-tərəvəz, heyvandarlıq məhsulları istehsalında böyük artıma nail olunub. Bu uğurlu yekunlar dövlətin davamlı qayğısı ilə yanaşı, Prezident İlham Əliyevin aqrar sektorun dinamik inkişafını təmin etmək üçün verdiyi tapşırıq və tövsiyələrinə Ağdamda məsuliyyətli münasibətin nəticəsidir. Kənd təsərrüfatı məhsullarının istehsalına görə ayrılan subsidiyalar kənd əhalisinin ailə büdcəsinə də əhəmiyyətli təsir göstərir. 2019-cu ilin yekunlarına görə bütövlükdə rayonun aqrar sektorunda çalışan kənd əməkçilərinə 2 milyon 460 min manat subsidiya hesablanmışdır. Yeni ildən isə subsidiyaların daha sərfəli və yeni qaydalarla veriləcəyi gözlənilir.

Lazım QULİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM