Alternative content

14:00 07 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ağdaşda keçirilən regional müşavirədə çəltik istehsalı ilə bağlı məsələlər müzakirə olunub
Ağdaşda keçirilən regional müşavirədə çəltik istehsalı ilə bağlı məsələlər müzakirə olunub
ANA SƏHİFƏ / İQTİSADİYYAT
03:02 15.01.2020


Ağdaş rayonunda "Respublikada çəltik istehsalının mövcud vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda regional müşavirə keçirilib. Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Ağdaş, Ucar, Zərdab, Ağsu, Yevlax, Göyçay və Samux rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri və mütəxəssisləri iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyevin rəhbərliyi ilə keçirilən müşavirədə bildirilib ki, Azərbaycanda ənənəvi sahələrdən olan çəltikçiliyin inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, çəltik istehsalına marağın artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.

Qeyd olunub ki, dövlət proqramının icrası istiqamətində görülmüş tədbirlər nəticəsində 2019-cu ildə 4 min 38 hektarda çəltik əkilib, istehsal 12 min 152 ton, orta məhsuldarlıq isə 30,1 sentner olub: "Hazırda Azərbaycanda çəltik əkinçiliyi, əsasən Lənkəran və Aran iqtisadi rayonlarında aparılıb. Dövlət proqramında qarşıya qoyulmuş hədəflərin həyata keçirilməsi üçün əkin sahələrinin genişləndirilməsi, yeni məhsuldar çəltik sortlarının yaradılması və toxumçuluğunun təşkili, innovativ becərmə texnologiyalarının tətbiqi qarşıda duran vəzifələrdəndir”.

Müşavirədə bu il çəltik əkinlərin genişləndirilməsi məqsədilə aparılacaq aqrotexniki tədbirlərin yerinə yetirilməsi üçün əkin sahələrinin seçilməsi, toxum tələbatının müəyyənləşdirilməsi, çəltiyin becərilməsində istifadə olunan texnika, mineral gübrələr və pestisidlərə olan təminatın vəziyyəti və digər məsələlər müvafiq rayonların DAİM rəhbərlərinin, Aqrar Xidmətlər Agentliyinin, "Aqrolizinq” ASC-nin mütəxəssislərinin, eləcə də çəltik istehsalçılarının iştirakı ilə müzakirə edilib.

Tədbirin sonunda Ağdaş rayonunda çəltik istehsalçısının emal sexinə baxış keçirilib, müvafiq müzakirələr aparılıb.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM