Alternative content

02:16 08 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əbədi 23 yaşda
Əbədi 23 yaşda
ANA SƏHİFƏ / Mədəniyyət
02:59 15.01.2020


Yaşasaydı, əllini aşıracaqdı. Ömrünün ən kamillik çağlarına qədəm qoyacaqdı. Görünür, qismətinə Vətən uğrunda şəhid olmaq yazılıbmış. Taledən isə heç cür qaçmaq mümkün deyilmiş. Əslində, Rövşən Abdullayev kimi Milli Qəhrəman adına yüksəlmiş cəsurların fiziki mənada ölümünü düşünməyək. Axı xalqının güvənc yerinə çevrilmiş, müqəddəs torpağının azadlığı uğrunda canına qıymış bu cür övladlar əbədi ölməzlik qazanırlar. Onlar ölmürlər, əbədi cənnətlikdirlər. Neçə yaşda həlak olublarsa, elə yaddaşlarda həmin yaşda qalıblar.

Bu mənada Rövşən Əbdülhüseyn oğlu da elə 23 yaşdadı. Çünki keçmiş SSRİ Daxili İşlər Nazirliyinin nəzdində Leninqradda Ali Hərbi Siyasi Məktəbi bitirən bu odlu-alovlu gənc Bakıya təyinatla dönən kimi yalnız cəbhə bölgəsinə getməyi qərarlaşdırmış, Zəngilana yollanmış, bölmə komandiri kimi irəli atılmış, elə şiddətli döyüşlərin birində ağır yaralanmış, ömrü qırılmışdı. Şahidlərin dediklərinə görə Rövşənin bədənində on beşdən çox güllə yarası varmış. Lakin mərd peşəkar zabit sıravi əsgərlərinə qıymamış, son tapşırığını yerinə yetirmək üçün də özü irəli atılmış, düşmənin xeyli canlı qüvvəsini məhv etmiş, tankını sıradan çıxarmış və aldığı ölümcül yaradan gözlərini əbədi yummuşdur.

23 yaşda... Arzularının, istəklərinin çiçək açdığı yaşda. Sevib-sevilməyə başladığı ilk gənclik çağında!

Əslən Zəngilandan olan mərhum jurnalist Məhəmməd Baharlı deyirdi ki, Rövşən Abdullayevin adı o zaman təkcə Zəngilanda, onun kənd və qəsəbələrində - Mincivanda, Qazançıda, Dərəlidə, Şayıflıda, Günqışlaqda, Ağkənddə, Cambarda deyil, mənfur ermənilərin yaşadıqları Qafanda və Mehridə də dillərdə dastan idi. Rövşən həqiqətən böyük şücaət və rəşadət simvolu idi, düşmənə qan uddururdu. Maraqlıdır ki, gənc komandir həlak olanacan yağı düşmən onun 23 yaşda olduğuna inanmırdı. Onların gözü elə qorxmuşdu ki, elə bilirdilər Rövşən rütbəcə leytenant deyil, ən azı polkovnikdi. Rotasında 65-70 nəfər yox, min nəfər döyüşçü var. Rövşən əsl igid, özündən sonra gələn nəslə isə həyatı örnəkdir.

Vəfatından dərhal sonra Rövşən Abdullayev Ulu Öndər Heydər Əliyevin fərmanı ilə vətənin ən yüksək adına - Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. O, Lerik rayonunun Gendov kəndində ziyalı ailəsində doğulub böyümüşdü. Atası Əbdülhüseyn müəllim Astarada, Lerikdə partiya-sovet orqanlarında çalışmış, daha sonra hər iki rayonda polis rəisi (milis) vəzifəsində işləmişdi. Böyük qardaşı Tofiq ortoped-həkim, alim, Rafiq və Azad ata yolunun davamçıları olmuşlar. Təqaüdçü polkovnik Rafiq Abdullayev kiçik qardaşını həmişə ürək ağrısı ilə xatırlayır:

- "Rövşən” sözünün mənası işıq deməkdir. Həqiqətən Rövşən bir parça işıq, od-alov idi, yerə-göyə sığmırdı. Onda sabit, dəyişməz əqidə formalaşmışdı. Müsbət mənada nə düşünürdüsə, nə ağlına batırdısa, ona doğru da can atırdı. Heç kəs onu yolundan döndərə bilmirdi. Orta məktəbdə dərs əlaçısıydı. Həm Lerikdə, həm də Astarada "əla” qiymətlərlə oxuyurdu. Bütün fəaliyyəti nümunəydi. Futbolu, güləşi sevir, özünü həvəslə sınaqdan keçirirdi. Müəllimlərin ən istədikləri şagird idi. Rus, ingilis dillərinə kiçik yaşlarından yiyələnmişdi. Onun hərtərəfli inkişafı gözəl gələcək vəd edirdi. Təəssüf ki, heç ailə qurmağa vaxtı çatmadı, könüllü surətdə polis orqanında işləməkdən vaz keçdi, müharibəni seçdi. Ailəmizin fəxri idi, indi millətimizin, bütün Azərbaycanın qürur mənbəyidir.

Rövşən nadir, barmaqla sayılan elə milli qəhrəmanlarımızdandır ki, anadangəlmə kəşfiyyatçılıq keyfiyyətlərinə malik idi. O zaman kiçik bölməsi ilə Zəngilanın kəndlərini müdafiə edərkən bu keyfiyyətləri üzə çıxmışdı. Zəngilan coğrafi məkan kimi bir tərəfdən İran İslam Respublikası ilə, digər istiqamətdən Ermənistanın Qafan şəhəri ilə həmsərhəddir. Münaqişə başlanandan Zəngilanın və onun kəndlərinin, eləcə də Aran Qarabağın ən böyük problemlərindən biri elə ilan yuvasına çevrilmiş Qafan idi. Daha doğrusu, buradakı aeroport və mebel kombinatı. Dağlıq Qarabağa göndərilən silah-sursat məhz Qafandakı mebel kombinatında yığılır, ordan aeroportda təyyarə və vertolyotlara yüklənir, yola salınırdı. Rövşən bu iki ciddi faktı öyrənən kimi dərhal tədbir gördü. Əvvəl kombinat hədəfə götürüldü, "Qrad” qurğusu ilə atılan mərmilər müəssisəni alt-üst etdi, partlayış kombinatda yanğına səbəb oldu. Beləliklə, fəaliyyəti iflic vəziyyətinə düşdü. İkinci əməliyyat Qafan aeroportunda həyata keçirildi. "Qrad” qurğusunun arxasına keçən vətənpərvər komandir hava gəmilərinin uçuş-enmə zolağını atəşə tutdu. Düşmən səksəkə içində oradan uzaqlaşdı. Hər iki strateji obyekt sıradan çıxmaqla düşmənə böyük zərbə dəydi.

Rövşənin vəfatından sonra haqqı az da olsa özünə qaytarılıb. Haqqında telefilmlər, verilişlər çəkilib. Şair Şəkər Aslan bu vətən fədaisi barədə irihəcmli poema yazıb. Vaxtilə epik əsər C.Məmmədquluzadə adına Lənkəran Dövlət Dram Teatrında tamaşaya qoyulub. Bu sətirlərin müəllifinin qorxmaz, cəsur zabit barədə "Heykəl ömrü” adlı sənədli-publisistik kitabı çap olunub. Rövşənin həyatından, qəhrəmanlığından bəhs edən əsər təxminən 20 il öncə baş verən hadisələrə, əsgər və zabitlərimizə həsr olunub. Bundan sonra da Rövşən kimi qeyrətli oğullarımız haqqında yazılıb, yazılacaq da!

Azərbaycanın subtropik bölgəsinin mərkəzində - Lənkəran şəhərində, Xəzərin sahillərinə yaxın mənzərəli bir guşə var. Bu kiçik ərazini "Rövşən parkı” da adlandırmaq olar. Çünki bu parkda ətirli qərənfillərin, qızılgüllərin, yasəmənlərin əhatəsində Azərbaycanın Milli Qəhrəmanı Rövşən Əbdülhüseyn oğlu Abdullayevin büstü ucaldılıb. Bura şəhərin sıx və gur yeridir. Abidənin ətrafında həmişə məktəblilər, müharibə veteranları, şəhərin yaşlı sakinləri olur. Vaxtilə Rövşənin anası Şüşəbəyim Abdullayeva fəxrlə oğlunu yad etmək üçün heykəlin qənşərində saatlarla dayanır, övladının qoxusunu daş abidədən alır, gül-çiçəyi göz yaşlarıyla suvarırdı. Ana həyata vida deyəndən sonra

ailənin Azad adlı övladı üçün bu guşə ziyarətgaha çevrilib.

Qəribədir, Rövşən zərif işlənmiş postamentin üzərində də 23 yaşdadır. 16 yanvar onun doğum günüdür. Qəhrəmanlar məgər qocalıb ölürmü? Xeyr, tarixdə nə qəhrəman ölür, nə də qəhrəmanlıq! Rövşən Abdullayev kimi...

Ağacəfər Həsənli




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM