Alternative content

04:43 14 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
01:28 14.08.2020 BİLDİRİŞ
01:27 14.08.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 20 Yanvar xalqımızın qəhrəmanlıq tarixidir
20 Yanvar xalqımızın qəhrəmanlıq tarixidir
ANA SƏHİFƏ / SİYASƏT
02:58 15.01.2020


XX əsrdə Azərbaycan xalqının milli müstəqillik və azadlıq uğrunda mübarizə salnaməsində tarixiləşən günlərdən biri də 30 il əvvəl - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən qanlı faciədir. Azərbaycanın ərazi bütövlüyünün pozulmasına qarşı etiraz edənləri, azadlıq, müstəqillik və suverenlik ideyalarını dəstəkləyən xalqı cəzalandırmaq məqsədilə həmin gün imperiya qüvvələri Bakı şəhərinə əksəriyyəti ermənilərdən ibarət olan qoşun yeritmişdi.

Ötən əsrin 80-ci illərində ittifaq rəhbərliyinin uğursuz "yenidənqurma” siyasəti, iqtisadi islahatların düzgün aparılmaması, milli siyasət sahəsində buraxılan kobud səhvlər Azərbaycanda milli azadlıq hərəkatının geniş vüsət almasına səbəb olmuşdu. Bu kəskinləşmənin əsas səbəblərindən biri də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi, uydurma "Dağlıq Qarabağ problemi”nin ortaya atılması idi. SSRİ rəhbərliyindəki havadarlarına arxalanan ermənilərin Azərbaycanın ərazilərinə iddiaları və dinc əhaliyə qarşı törətdikləri cinayətlər xalqımızın hiddətinə səbəb olmuşdu. Dağlıq Qarabağ münaqişəsi ilə başlayan milli azadlıq hərəkatı möhtəşəmliyi və prinsipiallığı ilə SSRİ rəhbərliyində ciddi narahatlıq yaratmışdı. Dağlıq Qarabağda baş qaldıran erməni separatizmi həm də qədim türk torpaqları sayılan indiki Ermənistandan 300 mindən çox soydaşımızın zorla öz ata-baba yurdlarından qovulmasına səbəb olmuşdu. Həmin dövrdə nümayiş və mitinqlərdə əhali keçmiş sovet rəhbərliyindən və onun respublikamızdakı təmsilçilərindən ermənilərin qanunsuz hərəkətlərinə son qoyulmasını, münaqişənin ideoloqlarının və icraçılarının cəzalandırılmasını tələb edirdi. Ancaq ittifaq rəhbərliyi ermənipərəst mövqedə dayanaraq müxtəlif vasitələrlə onların müdafiəsinə qalxırdı. Azərbaycanlılar zorla öz doğma yurd-yuvalarından qovulur, onların ev-eşikləri vəhşicəsinə dağıdılır və ya zorla əllərindən alınır, özləri isə ən ağır təhqirlərə, işgəncə və qətllərə məruz qalırdılar. Bu zaman respublikamızda ictimai-siyasi vəziyyəti ağırlaşdıran amillərdən biri də ölkə rəhbərliyində təmsil olunan şəxslərin səriştəsizliyi idi.

Yaranmış özbaşınalıq və hərc-mərclikdən məharətlə istifadə edən SSRİ-nin xüsusi xidmət orqanlarının əməkdaşları 1990-cı il yanvarın əvvəllərində yerlərdəki emissarlarının yaxından köməyi ilə Bakıda müxtəlif iğtişaşlar törətdilər. Azərbaycan informasiya blokadasına alınmışdı. Dəhşətli faciədən öncə Azərbaycan televiziyasının enerji bloku partladılmışdı. Qəzetlər nəşr edilmirdi. Dünya ictimaiyyəti Azərbaycanda baş vermiş bu qanlı hadisədən xəbərsiz idi. Belə ağır və müsibətli bir vaxtda xalqımızın vətənpərvər oğlu, böyük dövlətçilik təcrübəsinə malik Heydər Əliyev təhlükəyə baxmayaraq, yanvarın 21-də İlham Əliyevlə birgə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək sovet ordusunun Bakıda törətdiyi bu qanlı cinayəti kəskin pisləyən bəyanat verdi. Azərbaycan xalqına qarşı törədilmiş haqsızlığı dünya səviyyəsində ifşa etdi, faciənin günahkarlarının cəzalandırılmasını tələb etdi. Azərbaycan KP MK-ya, respublikanın Ali Soveti və Nazirlər Sovetinə teleqram göndərdi, dünya ictimaiyyəti qarşısında 1990-cı il 20 Yanvar faciəsinə verilən ilk siyasi qiymətin əsasını yaratdı. Ulu Öndər Heydər Əliyev Vətən, xalq qarşısında vətəndaşlıq və milli mövqe nümayiş etdirdi...

Dövləti idarəetmə təcrübəsinə malik Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi yolunda sonradan da ciddi addımlar atıldı. Belə ki, 1990-cı il noyabrın 21-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul etdi. Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyə gəlişindən sonra isə bu faciəyə hüquqi qiymət verildi. Ümummilli Lider 1993-cü ilin iyununda xalqın tələbi ilə hakimiyyətə qayıdışının ilk günlərində Dağüstü parkda Şəhidlər xiyabanını ziyarət etdi. Azadlıq aşiqlərinə rəhbər ehtiramı yaralı qəlblərə məlhəm oldu. Elə oradaca tapşırıq verdi ki, qısa müddətdə bütün şəhid məzarlarının üstü layiqincə götürülsün və burada memorial kompleks ucaldılsın. Bunun üçün dövlət səviyyəsində lazımi vəsait ayrıldı və bu iş qısa zamanda başa çatdırıldı. Məhz Ulu Öndərin sərəncamı ilə 20 Yanvar Ümumxalq Hüzn Günü elan olundu...

O vaxtdan şəhidlərimizin xatirəsinin böyük ehtiramla yad edilməsi dövlətimizin daim diqqət mərkəzindədir. Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olanların, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini əsas vəzifələrdən biri kimi qarşıya qoyublar. Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı daha da möhkəmləndirilir, dövlət hesabına tikilən fərdi və yaşayış evlərindən mənzil alanların, avtomobillə təmin olunanların sayı ildən-ilə artır.

Xeyirxahlıq missiyası ilə diqqət mərkəzində olan Heydər Əliyev Fondu 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərin problemlərinə daim qayğı ilə yanaşır. Fondun dəstəyi ilə 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanları ailələrinin problemlərinin həlli, sağlamlıqlarının bərpası istiqamətində mühüm işlər görülür. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın da bu istiqamətdə həyata keçirdiyi tədbirlər yüksək dəyərlərə malikdir. Məhz onun təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən Qarabağ münaqişəsi, xalqımızın qanlı tarixi 20 Yanvar ilə bağlı kitablar, bukletlər, albomlar nəşr olunmuş, filmlər çəkilmişdir. Bu qədirbilənlik həm də Qarabağda, cəbhə bölgələrimizdə eyni mətinliklə qələbə qazanılacağına böyük əminlik yaradır.

Qürurverici haldır ki, 20 Yanvar faciəsinin 30-cu ildönümü, canlarını vətənimizin azadlığı, müstəqilliyi yolunda qurban verən mərd oğul və qızlarımızın fədakarlığı, onların əziz xatirələri ehtiramla yad olunur. Respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı görüşlər, konfrans və toplantılar keçirilir, mühazirələr söylənilir, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşalar göstərilir, bədii və sənədli filmlər nümayiş etdirilir, bu tədbirlər kütləvi informasiya vasitələrində işıqlandırılır. Respublikanın bütün tədris müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərslər keçirilir. Xalqımızın qəhrəmanlıq tarixinə çevrilmiş 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə daim humanitar yardımlar göstərilir, dini konvensiya və qurumlar tərəfindən faciə qurbanlarının xatirəsi anılır. Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, diaspor qurumları və icmalarının dəstəyi ilə tədbirlər keçirilir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları tərəfindən istiqlaliyyət və müstəqillik uğrunda mübarizəyə qalxan dinc əhaliyə qarşı törədilən vəhşiliyi xalqımız heç vaxt unutmur. Hər il dinindən və irqindən asılı olmayaraq on minlərlə Azərbaycan vətəndaşı, ölkəmizdə səfərdə olan xarici ölkə rəhbərləri, turistlər və qonaqlar Bakının ən uca yerində hamımız üçün müqəddəs sayılan, xalqımızın qəhrəmanlıq tarixini özündə yaşadan Şəhidlər xiyabanına gedir, müstəqillik uğrunda sinələrini sipər etmiş mərd oğul və qızlarımızı böyük ehtiramla yad edir, məzarları önünə gül-çiçək dəstələri düzürlər.

Rəhman SALMANLI,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM