Alternative content

04:48 14 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
01:28 14.08.2020 BİLDİRİŞ
01:27 14.08.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Avstraliya od içində
Avstraliya od içində
ANA SƏHİFƏ / DÜNYA
02:56 15.01.2020


Bütöv bir qitə yanır


Keçən ilin sentyabrından bəri Avstraliyada ölkənin tarixi boyu ən güclü meşə yanğınları davam edir. Yanğınların ümumi sahəsi 10,7 milyon hektara çatmışdır. Bu, Cənubi Koreya və ya Portuqaliyanın ərazisinə bərabərdir. Cari ayın əvvəllərində alov tüstüsü Avstraliya sahilindən 10 kilometr məsafədə yerləşən Çili və Argentinaya çatmışdır.

Avstraliyada meşə yanğınları hər il baş verir, amma onların ümumi sahəsi mövsüm ərzində bir neçə yüz min hektardan çox olmur. Lakin indi ölkənin meşələrində tüğyan edən yanğınlar əvvəlki illərdəkindən həm miqyasına, həm də doğurduğu fəsadlara görə çox fərqlənir. Keçən il meteomüşahidələr tarixində ən quru və isti il olmuşdur. Qitədə gündəlik orta temperatur 37,7 dərəcə, yəni normadan 2,1 dərəcə çox idi. Eyni zamanda, ölkədə orta hesabla 277 millimetr - normadan 40 faiz az yağış yağmışdır. Meteoroloqlar belə qeyri-adi istiliyi insan fəaliyyəti ilə bağlı olan iqlim dəyişikliyi, isti hava, quraqlıq və s. səbəblərlə izah edirlər.

Yanğınlar hələ də davam etdiyindən fəsadların daha çox olacağı gözlənilir. Hazırda ölkədə havanın temperaturu yüksək olaraq qalır. Bununla əlaqədar Yeni Cənubi Uels, Viktoriya və Cənubi Avstraliya ştatlarının hakimiyyət orqanları əhalini risk zonalarını tərk etməyə çağırmışdır.

Meşə yanğınlarının ölkəyə vurduğu ziyanın həcmi böyükdür. Sidney Universitetinin hesablamalarına görə, keçən ilin sentyabrından bəri 1 milyarddan çox heyvan məhv olmuşdur. Dünya Vəhşi Təbiət Fondu bu rəqəmi 1,25 milyard göstərir. Ən çox heyvan Yeni Cənubi Uelsdə tələf olmuşdur - 800 milyon. Ştatda koalaların 30 faizi məhv olmuşdur. Alov Avstraliyanın ən böyük və ən məşhur milli parkları və qoruqlarının yerləşdiyi Kenquru adasının üçdə bir hissəsini bürümüşdür. Quraqlıq ucbatından hakimiyyət orqanları ölkənin şimalında bir neçə min vəhşi dəvəni öldürmək qərarına gəlmişdir, çünki dəvələr ənənəvi su mənbələrinə çata bilmədiyindən su axtarıb tapmaq üçün kəndlərə hücum etməyə başlamışdır.

Alov indiyədək təxminən 6 min tikilini, o cümlədən 2,2 mindən çox yaşayış evini məhv etmişdir. 27 nəfər, o cümlədən 5 yanğınsöndürən həlak olmuşdur. 6 nəfər itkin düşmüş hesab edilir.

İqtisadi ziyanın ümumi həcmini müəyyənləşdirmək hələ çətindir. Bununla belə Moody's agentliyinin analitikləri hesab edirlər ki, ziyan 3 milyard ABŞ dollarından çox ola bilər. Kənd təsərrüfatı və turizmə dəyən birbaşa zərərlə yanaşı, dolayı fəsadlar da gözlənilir: istehlak mallarının qiymətləri arta, tüstü ilə əlaqədar işçilərin özlərini pis hiss etməsi üzündən iqtisadiyyatın bütün sahələrində məhsuldarlıq aşağı düşə bilər. Dörd ştatın sakinləri ötən ilin sentyabrından bəri sığorta şirkətləri qarşısında ziyanı kompensasiya etmək üçün 700 milyon Avstraliya dolları məbləğində iddia qaldırmışlar.

Bununla yanaşı, meşə yanğınları ucbatından ölkədə keçirilməsi nəzərdə tutulan bir sıra beynəlxalq turnirlər ləğv edilmişdir. Ötən ilin noyabrında ralli üzrə dünya çempionatının son mərhələsini təşkil etmək mümkün olmamışdır - ralli alovun bürüdüyü ərazidən keçirdi. Bundan başqa, müxtəlif şəhərlərdə kriket, beysbol, futbol üzrə milli çempionatların matçları, habelə bir neçə musiqi festivalı ləğv olunmuşdur. Cari ayın əvvəllərində tüstü üzündən Kanberra şəhərində Milli Qalereya işini dayandırmışdır.

Meşə yanğınları Avstraliyanın ən məşhur idman yarışının - yanvarın 20-də başlamalı olan "Australian Open” tennis turnirinin keçirilməsinə təsir göstərə bilər. Təşkilatçılar bildirmişlər ki, tennis yarışını tüstü üzündən standart açıq meydançalarda keçirmək mümkün olmasa, tennisçilər üstüörtülü kortlarda mübarizə aparacaqlar.

Qitədə meşə yanğınlarının qarşısını almaq üçün xarici ölkələr də köməyini əsirgəmir. Eyni zamanda, Avstraliya və dünya məşhurları ianə toplamağa başlamışlar. Aktyorlar Leonardo Di Kaprio, Hyu Cekman, Nikol Kidman, müğənni Pink, Metallica qrupu hərəyə 500 min dollar ayırmışdır. Avstraliyanın populyar komediya aktrisası Selesta Barber özünün "Facebook”dakı səhifəsi vasitəsilə bir neçə həftə ərzində 48 milyon Avstraliya dolları məbləğində ianə toplamışdır.

Avstraliya ictimaiyyəti yanğınların indiyədək söndürülməməsində federal hökuməti günahlandırır. Bu ittiham da əsassız deyil. Əvvəllər Baş Nazir Skott Morrison meşələrin yanmasına hər il baş verən adi hadisə kimi baxır, məsuliyyəti ştatların hakimiyyət orqanlarının üzərinə qoyurdu. Lakin federal hökumətin başçısı ictimaiyyətin sərt tənqidi ilə qarşılaşdıqdan sonra gec də olsa hərəkətə keçərək xüsusi təhqiqat komissiyası yaratmaq barədə qərar qəbul etmişdir. Eyni zamanda, federal hakimiyyət orqanları yanğından sonra təbiətin bərpasına 50 milyon Avstraliya dolları məbləğində vəsait ayırmışdır.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM