14 Yanvar 2020 20:48
527
CƏMİYYƏT
A- A+

Bakıda Milad bayramı münasibətilə qəbul təşkil edilib


Yanvarın 14-də Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası Milad bayramı münasibətilə qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən arxiyepiskop Aleksandr İşein Azərbaycanda bütün dinlərin və xalqların nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşadıqlarını bildirib. Multikulturalizmin və tolerantlığın xalqımızın həyat tərzinə çevrildiyini söyləyən Aleksandr İşein bu dəyərlərin Azərbaycanın dini həmrəylik mühitinin, sivilizasiyalararası dialoqun təşəkkülündə və inkişafında mühüm rol oynadığını qeyd edib.

Yeparxiyanın ölkəmizdə 21 ildir fəaliyyət göstərdiyini vurğulayan Aleksandr İşein bildirib: "Azərbaycanda dini icmamızın fəaliyyəti üçün hər cür imkan yaradılıb. Bakıda icmamıza aid kilsələr fəaliyyət göstərir. Ölkədəki tolerant mühit hər bir dinin nümayəndəsinin sərbəst ibadətinə imkan verir. Bu sahədə dövlət siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasət hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Mən Prezident İlham Əliyev tərəfindən dəfələrlə ali mükafatlarla təltif olunmuşam. Bu, dini icmalara göstərilən diqqətin təzahürüdür”.

Arxiyepiskop qeyd edib ki, bu gün insanlar bəşəriyyətin inkişafını ləngidən və bu tərəqqiyə mənfi təsir göstərə bilən problemlərlə üz-üzə qalıblar. Bu problemlərdən biri də cəmiyyətdə dini və milli ayrı-seçkiliyin baş verməsidir. Bu problemlərdən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışan qüvvələrin olduğunu deyən arxiyepiskop bildirib ki, din xadimləri dindən siyasi məqsədlər üçün istifadənin qarşısını almalıdırlar.

Sonra Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Rəşad Əliyarlı Şeyxülislam Allahşükür Paşazadənin pravoslav xristian icmasının nümayəndələrinə təbrik məktubunu oxuyub.

Məktubda bildirilib ki, Azərbaycanda millət və din fərqi olmadan hər kəs dini ibadətlərini rahat şəkildə yerinə yetirir. Dinindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları Prezident İlham Əliyevin diqqət və qayğısını öz üzərində hiss edir.

Qeyd olunub ki, ölkəmizdəki pravoslav dini icmasının üzvləri digər icmalarla daim dostluq və əməkdaşlıq şəraitində yaşayırlar. İcma ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin inkişafı istiqamətində mühüm işlər görüb. Bu, həm də dinlər və sivilizasiyalar arasında dialoqun inkişafına böyük töhfə verir.

Sonra çıxış edən Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Melih Yevdayev Azərbaycanda hökm sürən tolerant və multikultural mühitdən danışıb, Milad bayramı münasibətilə pravoslavları təbrik edib.

Tədbirdə Azərbaycanda akkreditə olunan diplomatik korpusun rəhbərləri və nümayəndələri, ölkəmizdəki xarici dini konfessiyaların təmsilçiləri iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video