14 Yanvar 2020 18:57
500
SİYASƏT
A- A+

Naxçıvanda sosial qayğıya ehtiyacı olanlara fərdi yaşayış evləri, mənzillər və avtomobillər təqdim olunub


Yanvarın 14-də bir şəhid ailəsinə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda və hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış 3 nəfərə fərdi yaşayış evləri və mənzillər, eyni zamanda, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda, hərbi xidmət vəzifələrinin icrası zamanı və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlığını itirmiş 11 nəfərə "NAZ-Lifan 330” markalı avtomobillər təqdim edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mənzil və avtomobillə təmin olunanları təbrik edərək deyib: Bu gün Azərbaycan dövləti qarşısında xidməti vəzifələrini layiqincə yerinə yetirənlərə, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda sağlamlığını itirənlərə, şəhid ailəsinə, eləcə də Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edən şəxslərə mənzil və avtomobillər təqdim olunur. Bu insanların dövlətimiz qarşısındakı xidmətləri nümunə gücündədir. Mənzil və avtomobillərin təqdim olunması isə dövlətimizin ərazi bütövlüyünün qorunmasında həyatını və sağlamlığını itirmiş şəxslərə göstərdiyi qayğının, ölkəmizdəki dövlət-xalq birliyinin daha bir ifadəsidir.

"O ölkənin suverenliyi və ərazi bütövlüyü qorunur ki, həmin ölkədə vətənpərvər insanlar vardır. Vətənpərvər insanlar hər bir ölkənin ən qiymətli sərvətidir”, - deyən Ali Məclisin Sədri mənzil və avtomobillə təmin olunanlara ölkəmiz və xalqımız qarşısındakı xidmətlərinə, göstərdikləri vətənpərvərlik nümunəsinə görə təşəkkür edib.

Ali Məclisin Sədri deyib: Dövlətimiz və xalqımız qarşısında xidməti olan şəxslərə bundan sonra da daim qayğı göstəriləcəkdir. Ona görə ki, Azərbaycanda ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik yolu ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir. Bu gün mənzil və avtomobillərin təqdimatının keçirilməsi də ulu öndər Heydər Əliyev dövlətçilik yoluna nümunədir.

Ali Məclisin Sədri fərdi yaşayış evi, mənzil və avtomobillə təmin olunanları bir daha təbrik edib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək deyib ki, muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsi, təhsili, məşğulluğu və yaradıcılıq potensiallarının aşkar edilməsi diqqət mərkəzində saxlanılır. Bununla yanaşı, sosial qayğıya ehtiyacı olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara minik avtomobillərinin verilməsi sahəsində də ardıcıl tədbirlər görülür. Ötən il müvafiq kateqoriyalı 17 ailəyə fərdi yaşayış evləri və mənzillər, 35 nəfərə minik avtomobilləri təqdim edilib. Nicat Babayev sağlamlıq imkanları məhdud şəxslərə göstərilən diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.

Ali Məclisin Sədri avtomobillərin açarlarını, fərdi yaşayış evləri və mənzillərin orderlərini təqdim edib.

Avtomobillə təmin olunan Sadıq Əlibəyli deyib: "Muxtar respublikada vətənimizin azadlığı və ərazi bütövlüyünün qorunması zamanı, habelə Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edərək sağlamlığını itirənlərə, şəhid ailələrinə dövlətimiz tərəfindən hər zaman yüksək diqqət və qayğı göstərilir. Sağlamlıq imkanları məhdud şəxslər, şəhid ailələri mənzillə təmin olunur, onlara minik avtomobilləri verilir, müalicələrinə köməklik göstərilir. Ailəmiz üçün də olduqca sevindirici olan bugünkü tədbir bizə göstərilən dövlət qayğısının növbəti təzahürüdür”. Sadıq Əlibəyli sağlamlıq imkanları məhdud şəxslər və onların ailə üzvləri adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib, yubileyi münasibətilə təbriklərini çatdırıb.

Şəhid anası Tükəzban İsmayılova deyib: "Dövlətimiz şəhid ailələrinə hərtərəfli qayğı göstərir. Rahat yaşayırıq. Sosial problemlərimizin həlli daim diqqətdə saxlanılır. Bu gün mənzillə təmin olunmağım da muxtar respublikada bu sahədə görülən işlərin davamı, şəhid ailələrinə göstərilən diqqətin daha bir ifadəsidir. Bütün bunlara görə ölkə Prezidentinə dərin minnətdarlıq edirəm”.

Mənzillə təmin olunan İlkin Orucov və digərləri də onlara göstərilən qayğıya görə minnətdarlıq ediblər.

Fərdi yaşayış evləri Ordubad rayonunun Darkənd və Şərur rayonunun Dəmirçi kəndlərində, mənzillər isə Babək qəsəbəsindəki yeni yaşayış binasında yerləşir. Fərdi yaşayış evləri və mənzillər tam təmir olunub, lazımi kommunal-məişət şəraiti yaradılıb, xalça hədiyyə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video