14 Yanvar 2020 18:43
605
İQTİSADİYYAT
A- A+

Gömrük Komitəsində Ələt Azad İqtisadi Zonasının baş plan konsepsiyası müzakirə edilib

Yanvarın 14-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Ələt Azad İqtisadi Zonasının müvəqqəti idarəetmə qurumunun sədri Valeh Ələsgərovla görüşüb.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, geniş tərkibdə keçirilən görüşdə DGK sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Komitənin aidiyyəti strukturlarının rəhbərləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov, "Garland International” məsləhətçi şirkətinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev gömrük sistemində həyata keçirilən islahatlardan bəhs edib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gömrük sistemində aparılan islahatlar gömrük prosedurlarının sadələşdirilməsinə, ölkənin ixrac və tranzit potensialının artmasına, şəffaflığın təmin olunmasına, beynəlxalq ticarətin asanlaşdırılmasına, gömrük işinin müasir tələblərə uyğun qurulmasına şərait yaradıb.

S.Mehdiyev onu da qeyd edib ki, coğrafi baxımdan "Şimal-Cənub”, "Şərq-Qərb” nəqliyyat dəhlizləri üzərində yerləşən ölkəmiz beynəlxalq ticarətdəki rolunu daha da artırır və bu baxımdan Azərbaycan xüsusilə region dövlətləri ilə bütün sahələrdə olduğu kimi, gömrük işinin təşkili istiqamətində də səmərəli və işgüzar münasibətlərin qurulmasına önəm verir. Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevirilməsi istiqamətində mühüm layihələrin həyata keçirildiyini diqqətə çatdıran komitə sədri Ələt Azad İqtisadi Zonasının yaradılmasının ölkəmiz, eləcə də region üçün əhəmiyyətindən bəhs edib. Gömrük prosedurlarının həyata keçirilməsi ilə bağlı hər hansı problemin olmayacağını qeyd edən DGK sədri mükəmməl qanunvericilik bazasına malik, tam elektronlaşdırılmış gömrük sisteminin imkanlarının bu cür layihələrin uğurla reallaşdırılmasına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Ələt Azad İqtisadi Zonasının müvəqqəti idarəetmə qurumunun sədri V.Ələsgərov son illər aparılan davamlı islahatların ölkəmizin iqtisadi qüdrətinin daha da güclənməsinə, eləcə də gömrük xidmətinin dinamik inkişafına təkan verdiyini bildirib.

Diqqətə çatdırılıb ki, "Şimal-Cənub”, "Şərq-Qərb” nəqliyyat dəhlizləri Azərbaycanı regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevirmək strategiyasının tərkib hissəsi olub və bu dəhlizlərin kəsişməsində yerləşən ölkəmiz tranzit imkanlarının genişləndirilməsində həlledici rol oynayır. Yeni limanın ərazisi də daxil olmaqla ətraf ərazidə yaradılacaq Ələt Azad İqtisadi Zonası mühüm nəqliyyat qovşağı olan limanı tranzit və daşımalar üçün daha geniş imkanlarla təmin edəcək. Azad İqtisadi Zona beynəlxalq yükdaşıma və Avropa-Asiya logistika zəncirlərində aparıcı rol oynamaqla yanaşı, yerli istehsalın təşviqinə də öz töhfəsini verəcək.

Sonra "Garland International” məsləhətçi şirkətinin eksperti Coi Tobin Ələt Azad İqtisadi Zonasının baş plan konsepsiyasının təqdimatını keçirib.

Təqdimat başa çatdıqdan sonra bəzi məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib, görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video