Alternative content

16:27 09 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Siqaretdən yeni təhlükə
Siqaretdən yeni təhlükə
ANA SƏHİFƏ / DÜNYA
17:32 14.01.2020

Son illər müxtəlif ölkələrin alimləri belə bir qənaətə gəlmişlər ki, siqaret həvəskarlarında depressiya ilə yanaşı, şizofreniya və həyəcanın inkişafı riski yüksəkdir. Alimlərin fikrincə, tütünün tərkibindəki nikotin maddəsi psixi xəstəliklərin inkişafına səbəb olur. Britaniyalı mütəxəssislərin qənaətinə əsasən, böyüklərin 25 faizi bu və ya digər formada ruhi xəstəliklərdən əziyyət çəkir. Eyni zamanda psixi pozuntusu olan adamların əksəriyyəti adətən həddən artıq siqaret çəkənlərdir.
Londondakı Kral Kollecinin alimləri 40 yaşdan yuxarı 6,5 min nəfər arasında sorğu keçirərək əmin olmuşlar ki, siqaret çəkənlərin təxminən 20 faizi depressiyaya düşür və yüksək həyəcan keçirir.
Finlandiyalı alimlər də aşkar etmişlər ki, hər gün siqaret çəkmək ruhi xəstəliklərə səbəb ola bilər. Alimlərin fikrincə, hər gün on və daha çox siqaret çəkənlərin beynində dönməz proseslər baş verir.
Bu günlərdə "PloS ONE” elmi jurnalının saytında dərc olunmuş tədqiqatda Belqrad və Priştina universitetlərinin iki min tələbəsi iştirak etmişdir. Nəticədə məlum olmuşdur ki, nikotindən asılı olanlarda klinik depressiya əlamətlərinə iki-üç dəfə çox rast gəlinir. Bundan əlavə, siqaret çəkənlər zəiflikdən və adamlarla ünsiyyətdə problemlərdən şikayətlənirlər.
Tədqiqatın nəticələri sübut edir ki, siqaret çəkmək təkcə fiziki deyil, psixi sağlamlığa da ziyandır. Məlum olmuşdur ki, tütün həvəskarlarında şizofreniya ilə xəstələnmək riski 2,27 dəfə yüksəkdir. Onlar həmçinin iki dəfə çox xroniki depressiyadan əziyyət çəkirlər.
Tədqiqatın müəllifləri güman edirlər ki, nikotin beyində serotonin və dofamin neyromediatorlarının ortaya çıxmasını stimullaşdırır, onların orqanizmdə sintezinin pozulması isə şizofreniya və depressiya ilə əlaqəli ola bilər. Bu mülahizəni ingiltərəli alimlər də təsdiqləyirlər. Onlar müəyyənləşdirmişlər ki, hətta qanında yüksək səviyyədə nikotin olan siqaret çəkməyənlərdə (passiv siqaret çəkənlər) də psixi pozuntular riski 50 faiz yüksəkdir.
Koreyalı tədqiqatçıların elmi araşdırmaları isə sübut edir ki, siqaret təkcə psixi sağlamlığa təsir etmir, həm də gələcəkdə siqaret çəkənin uşaqlarında davranış pozuntuları yaratmağa qadirdir. Söhbət diqqət və hiperaktivlik çatışmazlığı sindromundan gedir.
Müəyyən olunmuşdur ki, bu sindromun inkişafı riski gündə 15-dən çox siqaret çəkən valideynlərin uşaqlarında təxminən 60 faiz yüksəkdir. Özü də bu, evdə siqaret çəkilib-çəkilməməkdən asılı deyil. Bundan əlavə, risk qrupunda həm də atası, yaxud anası depressiyadan əziyyət çəkən yeniyetmələr var.






NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM