14 Yanvar 2020 17:31
683
DÜNYA
A- A+

Okeanın temperaturu rekord həddə çatdı

2019-cu il bütün müşahidələr tarixi boyu təkcə ən isti il deyildi, həm də onillik ərzində ən yüksək illik artım nümayiş etdirmişdir. Bu barədə "The Guardian” qəzeti xəbər verir.

Ötən il dünya okeanının temperaturu rekord göstəriciyə çatmışdır. Bu isə qlobal istiləşməyə dəlalət edir.

Minnesotadakı Müqəddəs Tomas Universitetinin professoru Con Abrahamın dediyinə görə, son beş il okean temperaturunun yüksəlməsində rekord vurmuşdur. Alim bildirmişdir ki, okeanların istiləşməsi daha güclü qasırğalara səbəb olur və su dövriyyəsini pozur. Bu isə daha çox daşqın, quraqlıq və meşə yanğınları, habelə dəniz səviyyəsinin qalxması deməkdir.

"Məhz okeanlar bizə Yerin necə sürətlə istiləşməsini deyir. Aşkar etdik ki, 2019-cu il bütün müşahidələr tarixi boyu ən isti il olmaqla yanaşı, həm də son onillikdə ən böyük birillik artım nümayiş etdirmişdir” deyə Abraham bildirmişdir.

Alimlərin gözləntisinə görə, əsrin sonunadək dəniz səviyyəsinin qalxması təxminən bir metr təşkil edəcək. Nəticədə dünyada təxminən 150 milyon nəfər məskunlaşdığı yerlərdən köçəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video