Alternative content

15:03 09 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Təhsil avtobusu - Nəsimi” layihəsi ilə bağlı 2019-cu ilin yekunlarına dair tədbir
“Təhsil avtobusu - Nəsimi” layihəsi ilə bağlı 2019-cu ilin yekunlarına dair tədbir
ANA SƏHİFƏ / Elm və texnika
17:01 14.01.2020

Yanvarın 14-də "Təhsil avtobusu - Nəsimi” layihəsi ilə bağlı 2019-cu ilin yekunlarına həsr olunmuş tədbir keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə layihənin təşkilatçıları və tələbə-könüllülər iştirak ediblər.

Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək təhsilalanlar üçün bərabər imkan yaradılmasına dəstək verən "Təhsil avtobusu” layihəsinin "Nəsimi ili”ndə keçirilməsinin əhəmiyyətini, şagird və tələbələrin şəxsi inkişafının daim diqqət mərkəzində olduğunu, onların bilik, bacarıq, dünyagörüşünü artıran təlim və intellektual yarışların önəmini vurğulayıb. Layihənin uğurlarından məmnunluğu ifadə edən nazir müavini onun əhatə dairəsinin genişləndirilməsinin vacibliyini söyləyib.

Tədbirdə "Nəsimi ili”nə həsr olunan "Təhsil avtobusu – Nəsimi” yay məktəbinə dair hesabat məzmunlu təqdimat olub və videoçarx nümayiş etdirilib.

Sonra "Təhsil avtobusu – Nəsimi”nin meneceri, "SABAH” qruplarının məzunu Ülviyyə Axundova layihənin təşkilində və həyata keçirilməsində göstərdiyi yüksək təşkilatçılıq və təşəbbüskarlığa görə Təhsil naziri Ceyhun Bayramovun əmri ilə fəxri fərmanla təltif olunub.

Qeyd edək ki, bu layihə "Azərbaycan üçün öyrət” təhsil proqramının ölkəmizin müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilən layihə keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasına xidmət edən təhsil proqramıdır.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM