Alternative content

00:23 21 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şahin Mustafayev: Sərhəd-keçid məntəqələrində infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində işlər aparılacaq
Şahin Mustafayev: Sərhəd-keçid məntəqələrində infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində işlər aparılacaq
ANA SƏHİFƏ / İQTİSADİYYAT
17:00 14.01.2020
Bu il və gələn illərdə yeni sərhəd-keçid məntəqələrində infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində işlər aparılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş Nazirin müavini Şahin Mustafayev Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə deyib.

"Rusiya ilə yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində keçən il önəmli illərdən biri olub. Keçən ilin sonunda çoxdan gözlənilən Samur çayı üzərində yeni körpünün inşası başa çatdırılıb, açılışı baş tutub. Bu infrastruktur layihəsinin icra olunması iki ölkə arasında ticarət mübadiləsinə çox ciddi müsbət təsir göstərəcək. Eyni zamanda, hökumətlərarası komissiya çərçivəsində yeni infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində işlər aparılır. Rusiya ilə bizim üç sərhəd-keçid məntəqəmiz var. Biz bu il və gələn illərdə o yeni sərhəd-keçid məntəqələrində də infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində işlər aparacağıq. Həmçinin turizmin inkişafı baxımından Rusiyadan gələn turistlərin sayı önəmli dərəcədə artıb. Artıq məhz nağdsız əməliyyatların həyata keçirilməsinin artırılması baxımından Rusiyanın "Mir” sisteminin Azərbaycanda tətbiqi məsələləri öyrənilir və yaxın gələcəkdə bizim iqtisadiyyata və ölkəmizin maraqlarına uyğun gələrsə, bu sistemin də tətbiqi baş tutacaq. Sistemin tətbiqi nəticəsində turizm imkanlarının, eyni zamanda, Azərbaycana valyuta daxilolmalarının artımı da gözlənilir”, - deyə Ş.Mustafayev qeyd edib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM