Alternative content

00:35 21 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İcbari tibbi sığortanın tətbiqindən sonra Qubada xəstəxanaya cərrahiyyə əməliyyatı üçün müraciət edənlərin sayı artıb
İcbari tibbi sığortanın tətbiqindən sonra Qubada xəstəxanaya cərrahiyyə əməliyyatı üçün müraciət edənlərin sayı artıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:44 14.01.2020

Respublikamızın şimal bölgəsinin digər rayonları kimi, Qubada da yanvarın 1-dən etibarən icbari tibbi sığortanın tətbiqinə başlanılıb. İcbari tibbi sığorta sisteminə keçid rayon əhalisinin keyfiyyətli və hərtərəfli tibbi xidmətlə təmin olunmasına imkan verəcək.

Yanvar ayının əvvəlindən indiyədək Quba Rayon Mərkəzi Xəstəxanasına 10 min nəfərdən çox pasiyent müraciət edib.

Rayon mərkəzi xəstəxanasının baş həkimi Əmir Əliyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, tibb müəssisəsi yüksək standartlara uyğun, ən müasir tibbi avadanlıqla təchiz olunub. Xəstəxanadakı infrastruktur yeni sistemə inteqrasiya olunub. Yeni sistemə keçidlə əlaqədar xəstəxanada növbəlilik prinsipi yaradılıb, müraciət edən vətəndaşların məmnunluğunu təmin etmək üçün qeydiyyat mərkəzi mövcuddur. Yanvarın əvvəlindən bu günədək xəstəxanaya 10 min nəfərdən çox sakin müraciət edib. Onlardan 100 nəfəri stasionar müalicəyə cəlb olunub. Gün ərzində xəstəxanaya orta hesabla 1000-1200 nəfərədək vətəndaş müraciət edir.

Baş həkimin sözlərinə görə, cərrahiyyə əməliyyatı üçün müraciət edənlərin sayında əvvəlki dövrlə müqayisədə 3-4 dəfə artım qeydə alınıb. Xəstəxanaya müraciət edən vətəndaş əvvəlcə ailə həkimi tərəfindən qəbul edilir. Sonra xəstə müayinələrdən keçmək üçün müvafiq şöbələrə göndərilir, ehtiyac yaranarsa ixtisaslı həkimlərə yönləndirilir.

Quba rayon sakini Tərlan Dəmirov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində icbari tibbi sığortanın tətbiqindən sonra xəstəxanadakı xidmətlərin keyfiyyətinin artdığını bildirib: "İcbari tibbi sığortanın tətbiqi çox yaxşıdır. Burun-boğaz həkiminə müraciət etmişəm. Təmənnasız yüksək səviyyəli xidmət göstərildi. Yaradılan qayda-qanundan çox razı qaldım. Bu işin təşkilinə görə ölkə rəhbərliyinə təşəkkür edirəm”.

Rayon sakini İmaməddin Əmrullayev də yeni sistemin tətbiqindən razı qaldığını qeyd edib. "Səhhətimlə əlaqədar terapiya şöbəsinə müraciət etdim. Göstərilən xidmətdən razı qaldım. İcbari tibbi sığortanın tətbiqini alqışlayıram. Camaat çox razıdır”, - deyə İ.Əmrullayev fikirlərini bölüşüb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM