16:52 17 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:31 17.01.2021

Zəfər salnaməsi


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ünvanlı sosial yardım proqramı 296 min üzvü olan 72 min ailəni əhatə edib
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:40 14.01.2020

Keçən il ünvanlı sosial yardım proqramı çox geniş şəkildə, 70 faizə qədər artırılıb, ümumilikdə 296 min üzvü olan 72 min ailəni əhatə edib, ailələrə ödənişin məbləği də artaraq 209 manata bərabər olub. 2020-ci ildə də həmin proqram genişləndiriləcək və bunun üzərində işlər mütəmadi olaraq davam edəcək. Ölkəmizdə ünvanlı sosial yardım proqramı tam şəffaf, tam təkmil şəkildə həyata keçiriləcək.

Bu barədə yanvarın 13-də Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə məlumat verilib.

AZƏRTAC xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev müşavirədə əhalinin sosial təminatı sahəsində həyata keçirilən tədbirlərdən danışarkən ötən il həyata keçirilən ən önəmli təşəbbüslərdən birinin şəhid ailələrinə 11 min manatlıq birdəfəlik ödənişin verilməsi ilə əlaqədar olduğunu bildirib: "Bu proqram 98 faiz icra olundu. On iki min şəhidimizin 18 min vərəsəsinə bu vəsaitlər tam şəkildə ödənildi. Yəni, hazırda 300 nəfərə yaxın şəhidimizin vərəsələri tərəfindən, sadəcə, müraciət olmayıb. Müraciət edən hər bir şəxs vəsaiti əldə etdi. Mənzil təminatı proqramı çox genişləndi. 2018-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə 628 mənzil, 2019-cu ildə 934 mənzil təqdim edildi”.

Nazir dekabrın 24-də böyük bir binanın açılışının edildiyini və Bakının Nizami rayonunda 96 mənzilin şəhid ailələri və müharibə əlillərinə təqdim olunduğunu da xatırladıb. O, qeyd edib ki, əlilliyi olan şəxslərə avtomobil təminatı proqramı davam edib və onlara 600 avtomobil təqdim olunub.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM