14 Yanvar 2020 16:36
533
SİYASƏT
A- A+

Türkiyənin “Diplomatik gözlem” jurnalında Ermənistanın terrorçu siyasətini ifşa edən məqalə dərc olunub


Türkiyədə fəaliyyət göstərən "Diplomatik gözlem” jurnalında "Erməni terror siyasətinə zərbə” adlı analitik məqalə dərc olunub.

AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri Sabir Şahtaxtının müəllifi olduğu, türk və ingilis dillərində dərc edilən məqalədə təcavüzkar Ermənistanın terror siyasətinin ayrı-ayrı istiqamətləri barədə məlumat verilir.

Məqalədə qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən iclasında dünya ictimaiyyətinin diqqətini faşist cəlladı Qaregin Njde mövzusuna yönəltdi. Dövlətimizin başçısı Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyulduğunu qeyd etdi. Beləliklə, geniş ictimaiyyətin diqqətindən kənarda qalan bu məsələ təcavüzkar Ermənistanın terrorçu mahiyyətini bir daha ortaya qoydu.

Müəllif təkzibolunmaz tarixi faktlarla əsaslandırır ki, terrorçuluqdan bəhrələnmək, erməniləri terrorçuluğa həvəsləndirmək, terrorçu ermənilərə mənəvi dayaq durmaq, dünyanın terrorçu kimi tanıdığı şəxsləri milli qəhrəman kimi qələmə vermək işğalçı Ermənistanın dövlətçiliyinin əsl mahiyyətidir. Qeyd olunur ki, Ermənistan tərəfinin Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik siyasətinin əsas istiqamətlərindən biri də məhz terrorçuluğu dəstəkləmək və erməni terrorçularını təbliğ etməkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video