14 Yanvar 2020 13:56
438
SİYASƏT
A- A+

AVCİYA Milli Məclisə seçkilərlə bağlı fəaliyyətini genişləndirir


Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı fevralın 9-da Milli Məclisə seçkilərin ölkə üzrə monitorinqini həyata keçirir.

AVCİYA-dan AZƏRTAC-a verilən məlumata görə, Assosiasiya bununla əlaqədar fəaliyyət proqramı əsasında mərhələlərlə aşağıdakı işləri həyata keçirəcək.

Assosiasiya regional ofislərini yenidən təşkil edəcək, seçkiqabağı siyasi mühitin monitorinqini keçirəcək, Seçki Məcəlləsinə dəyişiklərlə bağlı tövsiyələr hazırlayacaq, parlament seçkilərinə aid beynəlxalq təcrübənin öyrənilməsini həyata keçirəcək.

AVCİYA-dan, həmçinin bildiriblər ki, qurum söz, mətbuat, sərbəst toplaşmaq azadlığının, KİV-lərin monitorinqi təşkil ediləcək, parlament seçkilərinə aid qanunvericilik bankı yaradılacaq, namizədlərin irəli sürülməsi, qeydə alınması proseslərinin müşahidəsini həyata keçirəcək, seçici siyahılarının və seçki administrasiyasının fəaliyyətinin monitorinqlərini aparacaq, təbliğat və təşviqat kampaniyalarının müşahidəsini reallaşdıracaq, broşür və bülletenlərin hazırlanmasını və yayılmasını həyata keçirəcək, regionlarda seçici fəallığının artırılması üçün maarifləndirmə işlərini, seçki günü məntəqələrdə seçki prosesinin müşahidəsini təşkil edəcək. Seçkidən sonra ilkin rəy açıqlanacaq və AVCİYA Seçki Qərargahının fəaliyyəti ilə bağlı KİV-lərə mütəmadi məlumatlar veriləcək.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 2004-cü ildən indiyədək keçirilmiş bütün seçkilərin və referendumun monitorinqini təşkil edib. AVCİYA seçkilərin şəffaf keçirilməsinə yardım etmək məqsədilə bu günə qədər bir sıra metodik vəsait və 20 kitabça nəşr etdirib. Milli Məclisə seçkilərlə bağlı "Müşahidəçilər üçün yaddaş” kitabçasının nəşri də nəzərdə tutulur. AVCİYA seçki ərəfəsində fəaliyyət proqramı əsasında gördüyü işlərlə bağlı Aralıq Hesabatın təqdimatını da keçirməyi planlaşdırır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video