Alternative content

08:28 23 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş yekun tədbir
Böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş yekun tədbir
ANA SƏHİFƏ / Mədəniyyət
03:14 14.01.2020


Yanvarın 13-də Gənc Tamaşaçılar Teatrında Təhsil Nazirliyinin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş yekun tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Təhsil Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, media qurumlarının rəhbərləri, KİV təmsilçiləri iştirak ediblər.

Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin "Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarının əhəmiyyətindən danışıb.

Nəsimi yaradıcılığından söz açan nazir onun ədəbiyyat və fəlsəfi fikir tarixində özünəməxsus yeri olduğunu deyib. Qeyd edilib ki, Nəsiminin ədəbiyyatımızın inkişafında, zənginləşdirilməsində mühüm xidmətləri olub. Nəsimi yaradıcılığında humanizm ideyaları, insana sevgi, məhəbbət duyğuları əsas yer tutur.

C.Bayramov Nəsiminin 650 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planına əsasən görülən işləri diqqətə çatdırıb. Bildirib ki, 2019-cu il ərzində ali təhsil müəssisələrində elmi konfrans, simpozium və seminarlar keçirilib. Həmçinin təhsil müəssisələrində şairin bədii irsini, yaradıcılığını əks etdirən kitab və fotolardan ibarət sərgilər təşkil olunub. İl ərzində ümumi, peşə, orta-ixtisas və məktəbdənkənar təhsil müəssisələrində Nəsiminin həyat və yaradıcılığına həsr edilmiş ədəbi-bədii gecələr və müsabiqələr də təşkil edilib.

Sonra Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına Liseyin şagirdləri və dram dərnəyinin rəhbəri Bəhruz Vaqifoğlu tərəfindən Nəsiminin 650 illik yubileyi münasibətilə hazırlanmış "Mənəm” tamaşası nümayiş olunub.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM