Alternative content

08:35 23 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Akademiyanın strateji əhəmiyyətli innovativ layihələri müzakirə olunub
Akademiyanın strateji əhəmiyyətli innovativ layihələri müzakirə olunub
ANA SƏHİFƏ / Elm və texnika
03:12 14.01.2020


Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev AMEA Yüksək Texnologiyalar Parkının bir qrup alim və mütəxəssisi ilə görüşüb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, akademiyada innovasiyayönümlü tədqiqat və tətbiqi işlərə xüsusi əhəmiyyət verildiyini qeyd edən akademik Ramiz Mehdiyev bu istiqamətlərdə görülən işlər və qarşıda duran vəzifələrdən danışıb. Azərbaycan Respublikası üçün strateji əhəmiyyət kəsb edən müdafiə və mülki xarakterli layihələrin hazırlanması və icrasının həyata keçirilməsinin daha da inkişaf etdirilməsi üzrə yeni elmi və tətbiqi istiqamətlərin xüsusi əhəmiyyətini vurğulayan akademik Ramiz Mehdiyev qarşıdakı mərhələdə tədqiqat-layihə işlərinin sürətləndirilməsi və müvafiq dövlət orqanları, sahibkarlıq subyektləri və elmi-tədqiqat müəssisələri ilə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Yüksək Texnologiyalar Parkının direktoru, texnika elmləri doktoru Elton Məmmədov verilən tapşırıqların yerinə yetirilməsi vəziyyəti, nəzərdə tutulan işlərin səmərəliliyini artırmaq məqsədilə qarşıda duran vəzifələr, həmçinin perspektiv layihələr barədə məlumat verib. Qurumun əməkdaşlarından Samir Süleymanov, Fərid Əhmədov, Yaşar Hüseynəliyev və başqaları rəhbərlik etdikləri layihələr üzrə hazırlanmış videoçarxlar nümayiş etdirərək patentləşdirmə, sertifikatlaşdırma, texnoloji həll prosesləri, bazara çıxış və s. məsələlər barəsində ətraflı məlumat verib, müvafiq təkliflərini səsləndiriblər.

Müzakirələrdə AMEA-nın birinci vitse-prezidentləri - akademik İsa Həbibbəyli, akademik İbrahim Quliyev, vitse-prezidentlər - akademik Dilqəm Tağıyev, akademik Rasim Əliquliyev, AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov da çıxış edərək innovativ layihələr üzrə tapşırıqların əhatə dairəsini daha da genişləndirmək məqsədilə fikir mübadiləsi aparıb, mülahizələrini bildiriblər.

Sonda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Yüksək Texnologiyalar Parkının rəhbərliyinə, eləcə də qurumun elmi əməkdaşlarına və mütəxəssislərinə qarşıda duran vəzifələrin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi, AMEA-nın brendi ilə innovativ layihələrin həyata keçirilməsinə dair müvafiq tövsiyə və tapşırıqlarını verib. Yüksək Texnologiyalar Parkında aparılan işlərin ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən elmi-texniki fəaliyyətə, quruculuq proseslərinə istiqamətləndirilməsi zəruri hesab edilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM