Alternative content

10:14 23 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ombudsman Aparatının regional mərkəzləri 20 Yanvar hadisələrinin 30 illiyi ilə bağlı tədbirlər keçirib
Ombudsman Aparatının regional mərkəzləri 20 Yanvar hadisələrinin 30 illiyi ilə bağlı tədbirlər keçirib
ANA SƏHİFƏ / SİYASƏT
19:01 13.01.2020
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının regional mərkəzləri 20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib. Bu barədə AZƏRTAC-a Ombudsman Aparatından məlumat verilib.

Qubanın Qəçrəş, Şəkinin Şorsu kəndlərində, Naftalan şəhər 2 saylı orta məktəbdə, Xızı şəhər tam orta məktəbdə, Qusar şəhər 6 saylı tam orta məktəbdə, Oğuz şəhər 1 saylı tam orta məktəbdə və Cəlilabad şəhər 8 saylı tam orta məktəbdə 20 Yanvar faciəsinin mahiyyətindən, həmin dövrdə cərəyan edən proseslərdən, hadisəyə siyasi-hüquqi qiymət verilməsindən bəhs edilib. Qeyd olunub ki, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet ordusu hissələrinin həyata keçirdiyi hərbi təcavüz nəticəsində paytaxt Bakıda və rayonlarda dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb və itkin düşüb.

Tədbirlərdə törədilmiş qırğının insanlıq əleyhinə cinayət olduğu, faciəyə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə siyasi-hüquqi qiymət verildiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, Ulu Öndərin "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edilib, Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olunub.

Çıxışlarda Azərbaycan xalqına qarşı törədilmiş Qanlı Yanvar hadisələrinin günahkarlarının cəzalandırılmasının zəruriliyi vurğulanıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM