13 Yanvar 2020 18:55
574
SİYASƏT
A- A+

Pakistan qəzetlərində Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə dərc edilib

Pakistanda nəşr edilən "National Herald Tribune” və "Election Times” qəzetlərində Mərkəzi Asiya ölkələri və Azərbaycan üzrə ekspert, şərhçi Mehmood ul-Hassan Khanın Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqaləsi dərc edilib.

Azərbaycanın Pakistandakı səfirliyindən AZƏRTAC–ın müxbirinə verilən məlumata görə, məqalədə Azərbaycan Respublikasının seçkiləri azad və ədalətli şəkildə keçirmək üçün güclü siyasi iradəyə malik və parlament seçkiləri ilə əlaqədar bütün beynəlxalq monitorinq qurumları ilə hərtərəfli əməkdaşlığa hazır olduğu qeyd edilib. Regionda, eləcə də bütün İslam dünyasında dünyəvi dövlət nümunəsi olan Azərbaycanda həqiqi demokratik seçkilərin ilkin şərti olan fundamental hüquq və azadlığı məhdudlaşdıran hər hansı bir siyasi mühitin olmadığı vurğulanıb.

Ekspert Azərbaycanın çoxpartiyalı siyasi sistemə malik bir ölkə kimi hər bir partiyaya öz namizədini təqdim edərək bərabərhüquqlu şəkildə seçkilərə qatılmaq hüququ verdiyini diqqətə çatdırıb və Azərbaycanın regionda ən böyük siyasi partiyalara sahib ölkə olduğunu bildirib.

Məqalənin sonunda müəllif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idarəetmə sistemini təkmilləşdirmək məqsədilə ciddi kadr islahatları apardığını qeyd edib. O, bu islahatların nəticəsi kimi gənc nəslin bacarıqlı nümayəndələrinin ölkədə yüksək postlara təyinat aldığını diqqətə çatdıraraq, qarşıdan gələn parlament seçkilərində gənclərin fəal iştirak edəcəyini də vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video