13 Yanvar 2020 16:15
833
DÜNYA
A- A+

Say İnven yenidən Tayvan administrasiyasının başçısı seçildi


Tayvan administrasiyasının başçısı Say İnven ötən şənbə günü keçirilmiş seçkilərdə yenidən qələbə qazanmışdır. Bu barədə yerli KİV xəbər verir.
Məlumata görə, onun rəhbərlik etdiyi Demokratik Mütərəqqi Partiya (DMP) ada parlamentində 113 mandatın 61-nə yiyələnmişdir. Bu, ötən çağırış parlamentindəkindən yeddi yer azdır.
DMP-nin əsas rəqibi – Homindan partiyası parlamentdə 38 yer almışdır. Bu, 2016-cı il seçkiləri ilə müqayisədə üç mandat çoxdur.
Administrasiyanın başçısını Tayvanın 19 milyon seçicisi seçmişdir. Onlar iki namizəd - hazırkı rəhbər Say İnven və Homindan partiyasının namizədi Han Qoyuy arasında seçim etməli idilər.
2016-cı ilin may ayından bəri Tayvana başçılıq edən Say İnven adanın müstəqilliyinin tərəfdarıdır. Qaosyun şəhərinin meri Han Qoyuy isə Çinlə daha sıx münasibətlərin tərəfdarı kimi tanınır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video