13 Yanvar 2020 15:50
711
CƏMİYYƏT
A- A+

Ağsuda icbari tibbi sığorta tətbiq olunur


Yanvarın 1-dən respublikamızda icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqinə başlanıb. İcbari tibbi sığortanın yeni tətbiq olunduğu rayonlardan biri də Ağsudur.

Ağsu Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktor müavini Rişad Kərimov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, icbari tibbi sığorta sistemi əhalinin keyfiyyətli və rahat tibbi xidmətlə təmin olunmasına imkan verəcək. Bu xidmətdən rayonun 85 min nəfər sakini faydalanacaq.

Qeyd edək ki, yeni sistemə keçidlə əlaqədar xəstəxananın girişində məlumat şöbəsi yaradılıb. Vətəndaşlar xəstəxanaya daxil olarkən əlaqələndiricilər onları lazımi şöbəyə, həkimə yönəldirlər. Qeydiyyat bölməsində 8 kompüter fəaliyyət göstərir.

Hər bir vətəndaş ilkin olaraq xəstəxanada yaradılan ailə-sağlamlıq mərkəzinə müraciət edir, ilkin tibbi yardım alır. Ailə həkimləri müayinədən sonra lazım olduqda onları ayrı-ayrı ixtisaslı həkimlərə yönəldirlər.

Rayonun Curuğulu kəndindən olan 75 yaşlı Binas Salmanov icbari tibbi sığortanın tətbiqi və bununla əlaqədar xidmətdəki yeniliklərlə bağlı AZƏRTAC-ın bölgə müxbirinə deyib: "Bu yeniliklər bizə yüksək tibbi xidmət almağa imkan verir. Xəstəxanaya girəndə məni qarşıladılar, qeydiyyatdan keçdim, həkim yanına apardılar. Mədəmdəki problemlə bağlı gəlmişdim. Müayinə edib digər ixtisaslı həkimə göndərdilər. Burada müalicə yazdılar. Hər addımda qayğı gördüm”.

Direktor müavini Rişad Kərimov icbari tibbi sığorta sisteminin tətbiq olunduğu yanvar ayının 1-dən hər gün xəstəxanada orta hesabla 700-750 nəfərin qeydiyyatdan keçdiyini söyləyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video