13 Yanvar 2020 15:49
856
DÜNYA
A- A+

Filippində baş verən vulkan püskürməsindən sonra aviareyslər təxirə salınır


Filippində baş verən vulkan püskürməsindən sonra aviaşirkətlər yaxınlıqdakı Quam adasından və Maniladan reysləri təxirə salır.

AZƏRTAC Filippin Vulkanologiya və Seysmologiya İnstitutuna istinadla xəbər verir ki, Taal kraterində yanvarın 12-də baş verən vulkan püskürməsi paytaxtdan cəmi 60 kilometr məsafədə yerləşir. İnstitutdan bildirilib ki, yaxın günlərdə daha güclü püskürmənin baş verəcəyi gözlənilir.

Vulkan püskürməsi nəticəsində tüstünün 15000 metr yüksəkliyə qalxdığı, vulkan külünün isə Manilaya çatdığı bildirilir. Yanvarın 13-də səhər vulkandan lavanın axdığı da qeyd edilir. Nəticədə Manila Beynəlxalq Aeroportundan həmin günə təyin edilmiş 240 aviareys təxirə salınıb. Uçuş-enmə zolağında qalan külün hələ də təmizlənmədiyinə görə, növbəti reyslərin də təxirə salınacağı gözlənilir.

Bununla yanaşı, Quam aeroportunun uçuş-enmə zolağında toplanan külə görə 14 aviareysin təxirə salındığı da bildirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video