Alternative content

08:29 23 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Türkiyənin qaz idxal etdiyi ölkələr sırasında ön yerdədir
Azərbaycan Türkiyənin qaz idxal etdiyi ölkələr sırasında ön yerdədir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
05:04 12.01.2020


Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatının (EPDK) məlumatına görə, keçən ilin oktyabr ayında qardaş ölkə Azərbaycandan 932 milyon kubmetr təbii qaz idxal edib. İdxal olunan qazın həcmi sentyabrla müqayisədə 113 milyon kubmetr artıb. Beləliklə, həmin vaxt Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında birinci olub.

2019-cu ilin yanvarında Türkiyə 808,3 milyon, fevralda 683,2 milyon, martda 772,4 milyon, apreldə 724,8 milyon, mayda 770 milyon, iyunda 650,6 milyon, iyulda 899,9 milyon, avqustda 735 milyon, sentyabrda 819 milyon, oktyabrda 932 milyon kubmetr Azərbaycan qazı alıb. 10 ayda Türkiyənin ölkəmizdən təbii qaz idxalının həcmi 7 milyard 795 milyon kubmetr təşkil edib.

Qeyd edək ki, ötən ilin 10 ayında Türkiyənin Azərbaycandan aldığı qaz bütövlükdə 2018-ci ildə aldığı qazdan çoxdur. 2018-ci ildə Türkiyəyə ölkəmizdən 7 milyard 527 milyon kubmetr təbii qaz ixrac olunmuşdu.

Türkiyə Azərbaycandan təbii qazı Bakı-Tbilisi-Ərzurum və TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) xətləri ilə idxal edir. 2006-cı ilin sonlarında istismara verilən Cənubi Qafqaz Boru Kəməri (CQBK) "Şahdəniz” qazını Gürcüstan-Türkiyə sərhədinə çatdırır. Kəmərin Azərbaycan hissəsi 443, Gürcüstan hissəsi 248 kilometrdir. Səngəçaldan başlanan bu xətt Gürcüstan-Türkiyə sərhədində ona qoşulan 280 kilometrlik əlavə hissə ilə Ərzurumadək uzanır və bütövlükdə Bakı-Tbilisi-Ərzurum kəmərini yaradır.

Keçən ilin 9 ayında CQBK və genişləndirilmiş CQBK-nın birgə gündəlik orta ötürücülük gücü 28 milyon kubmetrdən çox olub.

Xatırladaq ki, Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (operator, 28,8 faiz), AzSCP (10 faiz), "Cənub Qaz Dəhlizi Midstrim” (6,7 faiz), "Petronas” (15,5 faiz), "LUKoyl” (10 faiz), NIKO (10 faiz) və TPAO (19 faiz).

TANAP-a qazı genişləndirilmiş CQBK xətti çatdırır. 2018-ci il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP-la Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin hadisədən az sonra - iyunun 30-da başlanıb. İndiyədək bu kəmərlə Türkiyəyə 3,5 milyard kubmetrdən çox "Şahdəniz” qazı nəql edilib. Keçən il iyulun 1-dən isə TANAP Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib.

TANAP "Cənub qaz dəhlizi”nin ən böyük hissəsidir. Kəmər Türkiyənin ərazisində 20-dən çox vilayətdən, o cümlədən Ərdəhan, Qars, Ərzurum, Gümüşhanə və Ərzincandan keçərək 1900 kilometr məsafə qət edir.

TANAP Türkiyənin şərqindən başlanıb qərb hüdudunda sona çatır. CQBK-ya bağlanan boru xətti Yunanıstan-Türkiyə sərhədinə çatır və burada yerləşən Kipoi məntəqəsində TAP-la (Trans-Adriatik Qaz Boru Kəməri) qovuşur. Buna görə TANAP-ı "Cənub qaz dəhizi”nin birləşdirici halqası adlandırırlar.

Bu il TANAP-la Türkiyəyə 4 milyard kubmetr, gələn il 6 milyard kubmetr Azərbaycan təbii qazının nəql ediləcəyi nəzərdə tutulur.

TANAP-ın səhmlərinin 51 faizi "Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi STEAŞ-a, 30 faizi BOTAŞ-a, 12 faizi BP-yə məxsusdur.

2019-cu il noyabrın 30-da TANAP-ın Avropa sərhədində tikintisi sona yaxınlaşan TAP-la (Trans-Adriatik Qaz Boru Kəməri) birləşməsi "Cənub qaz dəhlizi”nin salnaməsində mühüm hadisəyə çevrildi. Yaxın aylarda bu dəhlizlə Azərbaycan qazının Avropaya ötürüləcəyi də gözlənilir.

Flora SADIQLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM