Alternative content

21:40 13 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ölkəmizdə payızlıq əkinlərin kosmosdan yoxlanılmasına başlanılıb
Ölkəmizdə payızlıq əkinlərin kosmosdan yoxlanılmasına başlanılıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
05:03 12.01.2020


Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) payızlıq əkinlərə dair bəyan edilmiş məlumatların yoxlanılması prosesinə başlanıb. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən EKTİS-də yoxlamalar üç istiqamətdə aparılır.

Torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin yoxlanılaraq təsdiq edilməsi aidiyyəti qurumların müvafiq elektron sistemləri ilə inteqrasiyası, sənədlərin əsli və yaxud aidiyyəti orqana sorğu verilməsi əsasında həyata keçirilir. Torpaq sənədlərinin yoxlanılması EKTİS-də qeydiyyatdan keçmiş bütün fermerləri əhatə edir.

Peyk şəkillərindən, məsafədən zondlama metodları və digər stasionar vasitələrdən istifadə etməklə kameral yoxlamalar aparılır. Nazirliyin Coğrafi Məlumatlar Bazasına daxil edilmiş ortofotolar, müxtəlif vektorizasiya məlumatları, "Azərkosmos”dan alınmış peyk şəkilləri, layihələrin nəticələri, məsafədən zondlama metodları peyk yoxlamalarının əsasını təşkil edir. Nazirlik tərəfindən pilot seçilmiş 4 rayonun 4 kəndi üzrə həm sənəd, həm də peykdən əkin vəziyyətinin yoxlamaları yekunlaşıb. Monitorinq zamanı uyğunsuzluq şübhəsi doğuran sənədlərə dair bildirişlər göndəriləcək və həmin ərazilərdə yerində yoxlamalar aparılacaq.

EKTİS-də ilk iki istiqamət üzrə yoxlamaların nəticələri əsas götürülərək sistem üzərindən seçmə şəkildə yerində yoxlamalar aparılır.

Artıq peykdən çəkilmiş fotolar əsasında fermerlərin sistemə daxil etdikləri bəyan məlumatları dəqiqləşdirilir. Məsələn, Zərdab rayonunun Dəkkəoba kəndi üzrə 223 fermer cəmi 889,2 hektar torpaq sahəsini qeydiyyatdan keçirib. Qeydiyyatdan keçən fermerlərin 208 nəfəri payızlıq əkinlərlə bağlı 768,2 hektar sahəyə dair məlumatı bəyan edib. Bəyan edilən bitkilər üzrə 446,3 hektarda yonca, 263,8 hektarda buğda, 58,2 hektarda arpa əkildiyi müəyyənləşib. Monitorinq zamanı bir parseldə bəyanla bağlı uyğunsuzluq müşahidə edilib və bu ərazi yerində yoxlamaya cəlb olunub.

EKTİS-də payızlıq əkinlərini bəyan etmiş və torpaq sənədləri ilə bağlı məlumatları sistemə daxil edilmiş fermerlərə sistem üzərindən müvafiq bildiriş göndəriləcək. Beləliklə, elektron ərizələr EKTİS-Subsidiya İnformasiya Sistemində qəbul olunaraq yuxarıda qeyd edilən formada monitorinqə yönləndiriləcək. Subsidiya almaq üçün formalaşdırılan elektron bəyannamələrin yekun təsdiqi və fermerə ödəniləcək məbləğ monitorinqlər nəticəsində müəyyən ediləcək. EKTİS-də bəyan edilmiş torpaq məlumatlarına (torpağın sənədi, əkin aparılan sahə və s.) və payızlıq əkin növünə (arpa, buğda, yonca və s.) dair bəyannamənin düzgünlüyünə fermer məsuliyyət daşıyır. Bu səbəbdən fermerlərə bəyan etdikləri məlumatlarda səhvlər varsa, düzəliş etmək üçün Dövlət Aqrar İnkişaf mərkəzlərinə (DAİM) müraciət etmək tövsiyə olunur.

Məlumat üçün bildirək ki, yanvarın 10-dək 173 min fermerin şəxsi kabinetində əkin subsidiyası ilə bağlı elektron ərizə formalaşdırılıb. Fermerlər 3 gün ərzində məlumatları yoxlayaraq elektron ərziə formasını təsdiq etməli və ya müvafiq düzəlişlərin edilməsi üçün DAİM-ə yaxınlaşmalıdırlar. Etiraz edilməyən ərizələr avtomatlaşdırılmış qaydada monitorinqə yönləndirilir.

Dövlət Statistika Komitəsinin ölkə üzrə payızlıq bitkilərin səpini üzrə son məlumatında bildirilir ki, cari ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir. Belə ki, cari il dekabr ayının 24-ü vəziyyətinə 1 milyon 19 min 200,2 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir. Səpin aparılmış sahənin 98,4 faizini və yaxud 1 milyon 2 min 745,5 hektarını dən üçün payızlıq bitkilər təşkil etmişdir ki, onun da 636 min 217 hektarı buğda, 366 min 178,5 hektarı arpa, 350 hektarı çovdar əkinlərinin payına düşür.

Ən çox buğda Cəlilabad (54 min 979,1 hektar), Şəki (42 min 747,5 hektar), Füzuli (28 min 778 hektar), Şamaxı (28 min 556,4 hektar), Hacıqabul (24 min 312 hektar), İsmayıllı (22 min 712 hektar), Qobustan (20 min 696 hektar) rayonlarında, ən çox arpa Neftçala (36 min 803 hektar), Kürdəmir (32 min 884 hektar), Şəki (24 min 412,2 hektar), Biləsuvar (17 min 924,5 hektar), Ağsu (17 min 231 hektar), Ağdaş (12 min 997 hektar), Şamaxı (11 min 968 hektar) rayonlarında səpilmişdir.

2018-ci ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 0,3, o cümlədən arpanın səpin sahəsi 10,6, çovdarın səpin sahəsi 43,4 faiz artmış, buğdanın səpin sahəsi 4,8 faiz azalmışdır.

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM