11 Yanvar 2020 18:01
544
SİYASƏT
A- A+

Mərkəzi Seçki Komissiyasında bələdiyyə seçkilərinin ümumi yekunları ilə bağlı iclas keçirilir


Yanvarın 11-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, iclasda 2019-cu il dekabrın 23-də Azərbaycanda keçirilmiş bələdiyyə seçkilərinin ümumi yekunları ilə bağlı məsələyə baxılıb. Bundan başqa, iclasda bu il fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlər nəzərdən keçirilib. 41 saylı Sumqayıt birinci seçki dairəsi üzrə namizəd Murad İlqar oğlu Rəhimlinin müraciəti müzakirə olunub. MSK üzvləri namizədin müraciətini qəbul ediblər.

İclasda bələdiyyə seçkilərinin qanunvericiliyin tələblərinə uyğun, azad, ədalətli və şəffaf şəkildə keçirilərək ölkəmizin tarixinə əlamətdar hadisələrdən biri kimi yazıldığı qeyd olunub. Seçkilərin yüksək səviyyədə keçirilməsi üçün MSK və aidiyyəti dövlət qurumları tərəfindən Seçki Məcəlləsində nəzərdə tutulmuş vəzifə və səlahiyyətlərin icrasına xüsusi diqqətlə yanaşıldığı bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video