11 Yanvar 2020 17:34
902
SİYASƏT
A- A+

Prezident İlham Əliyev: Azərbaycan əksər ölkələrlə səmərəli, işgüzar, ikitərəfli münasibətlər qurub


Bizim beynəlxalq mövqelərimiz möhkəmlənir. Azərbaycan bu gün əksər ölkələrlə səmərəli, işgüzar, ikitərəfli münasibətlər qurub. Bir çox hallarda Azərbaycan çoxtərəfli əməkdaşlıq formatının təşəbbüskarıdır. Qonşu dövlətlərlə əlaqələrimiz yeni mərhələyə qədəm qoyub. Hər bir ölkə üçün qonşularla münasibətlərin inkişafı xüsusi əhəmiyyət daşıyır. Çox şadam ki, biz qonşu ölkələrlə səmərəli, işgüzar, qarşılıqlı hörmət əsasında münasibətlər qura bilmişik.

AZƏRTAC xəbər verir ki, "İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 93-cü kitabında yer alan bu fikirlər dövlətimizin başçısının 2019-cu ildə Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində yer alıb.

Akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2019-cu ilin fevral-mart aylarını əhatə edir.

Çoxcildliyin 93-cü kitabına Prezident İlham Əliyevin ölkəmizə rəsmi səfərə gəlmiş Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüş və danışıqlarına dair informasiyalar, dövlət başçılarının mətbuata bəyanatlarının mətnləri daxil edilib. Nəşrdə Azərbaycan Prezidentinin Böyük Britaniya, Türkiyə, İtaliya, Səudiyyə Ərəbistanı, Rusiya, İran və digər dövlətlərin, Avropa Komissiyasının, ATƏT-in, Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının yüksəkvəzifəli nümayəndələrini qəbul etməsi barədə materiallar verilib. Dövlətimizin başçısı bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırıb.

Oxucu bu kitabda Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünə dair informasiyalar, "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında, VII Qlobal Bakı Forumunda söylədiyi nitqlərin mətnləri ilə tanış ola bilər.

Ağsu və Şamaxı rayonlarında baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı dövlətimizin başçısının həmin rayonlara, habelə Beyləqana, Sumqayıta səfərləri, müxtəlif infrastruktur obyektlərinin açılışında iştirakı, ictimaiyyət nümayəndələri ilə görüşləri haqqında xəbərlər də yeni nəşrə daxil edilib.

Kitabda "Qeydlər”, "Şəxsi adlar”, "Coğrafi adlar” göstəriciləri verilib.

"Azərnəşr” tərəfindən buraxılan 93-cü kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video