11 Yanvar 2020 13:27
766
DÜNYA
A- A+

İran Ukrayna təyyarəsini vurduğunu etiraf etdi

İran "Ukrayna Beynəlxalq Hava Yolları”na məxsus Boeing 737-800 sərnişin təyyarəsini vurduğunu rəsmən etiraf etmişdir. 176 nəfərin həyatına son qoymuş faciə "bilməyərəkdən” baş vermiş və "insan səhvi”nin nəticəsi olmuşdur. Bu barədə islam respublikasının dövlət televiziyası iranlı hərbçilərin bəyanatına istinadən xəbər verir.

Hökumət bir neçə gün ərzində təyyarənin İran raketi ilə vurulduğunu təkidlə təkzib edirdi. Fəlakətdən dərhal sonra Tehran bəyan etmişdi ki, Ukrayna layneri mühərrikin alovlanması üzündən qəzaya uğramışdır. Növbəti gün Kanadanın Baş naziri Castin Trüdo xüsusi xidmət orqanlarının məlumatına istinadən təyyarənin raketlə vurulduğunu bildirmişdi.

Xatırladaq ki, Tehrandan Kiyevə uçan Boeing 737-800 sərnişin təyyarəsi yanvarın 8-də İran paytaxtından havaya qalxdıqdan iki dəqiqə sonra yerə çırpılmışdır. Təyyarədəki 7 ölkənin 176 vətəndaşı həlak olmuşdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video