11 Yanvar 2020 00:42
680
İQTİSADİYYAT
A- A+

Hökumətin yeni qərarı fermerlərin işini xeyli asanlaşdırır


Nazirlər Kabinetinin 518 nömrəli qərarı Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə verilmiş tapşırıqların icrasını təmin edir. Həmin qərarla edilmiş dəyişikliklər subsidiyaların verilməsində sabitliyi, davamlığı və sadəliyi nəzərdə tutur.

Belə ki, əvvəlki qaydaya əsasən, hər bir kənd təsərrüfatı məhsulu üçün ayrılıqda subsidiya verilirdi və hər bir subsidiya üçün zərurət yarandıqca birdəfəlik sərəncamlar imzalanırdı. Məsələn, bitkiçilik üzrə sərəncam imzalanır və fermerə hər hektara görə 100 manat civarında birdəfəlik subsidiya ödənilirdi. Eynilə heyvandarlıq, arıçılıq və balıqçılıq təsərrüfatları üçün də ayrıca sərəncamlar imzalanırdı. Tütünçülük və pambıqçılıq isə ümumiyyətlə, bu siyahıya aid deyildi.

İndi isə vahid qayda təsdiq edildikdən sonra hər sahə üzrə ayrıca sərəncam imzalanması ilə yanaşı, vaxtaşırı yeni sərəncam imzalanması zərurəti də aradan qalxır. Bundan əlavə, tütün və pambıqçılıq da bu siyahıya daxil edilir. Başqa sözlə, hər sahə üzrə ayrılıqda və hər dəfə təkrar sərəncamlar imzalanmasına ehtiyac qalmır. Nəticədə birdəfəlik olaraq bütün sahələri əhatə edən mexanizm qurulur, normayaratmada təkrarçılıq aradan qaldırılır və mütəmadi xarakterli vahid sistem yaradılır.

Qərara əsasən, plastik kartların verilməsində də yeni, daha sabit və daha uzunmüddətli bir mexanizm formalaşdırılır. İndiyədək subsidiyaların ödənildiyi üçillik plastik kartlar yalnız bitkiçilik, o cümlədən tütün və pambıq istehsalçılarına verilirdi. Heyvandarlıq sahəsində çalışanlar isə üçillik kartlarla təmin edilmirdilər. Yeni vahid qayda bitkiçiliklə yanaşı, heyvandarlıqla məşğul olan fermerlərə də subsidiyaların ödənilməsi üçün üçillik plastik kartların verilməsini nəzərdə tutur. Bu heyvandarlıq sahəsində çalışanlara dövlət dəstəyinin sabitliyini və sadələyini təmin edir.

Üçüncü mühüm məqam isə ondan ibarətdir ki, buna qədər fermerlər plastik kartları almaq üçün hər birinə ayrılıqda olmaqla Kənd Təsərrüfatı Nazirliyinə və Maliyyə Nazirliyinə, yəni iki instansiyaya müraciət edirdilər. İndi isə yalnız bir instansiyaya - Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə müraciət edəcəklər. Nəticə etibarilə vaxta qənaət edilir, əlavə kargüzarlığa və xərclərə ehtiyac olmur.

Bir sözlə, yeni vahid qayda:

- pambıqçılıq, tütünçülük və heyvandarlıq sahəsində çalışanlara dövlət dəstəyinin mütəmadi mexanizmlərini yaradır;

- kənd təsərrüfatına dövlət dəstəyini gücləndirir;

- sabit və proqnozlaşdırılması asan olan dövlət dəstəyi mexanizmini formalaşdırır;

- subsidiya prosesində sənədləşməni sadələşdirir;

- fermerlər üçün 3 il müddətinə öz təsərrüfatları ilə bağlı aydın təsəvvür edilən biznes plan qurmaq imkanı yaradır;

- bütün bunlar kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində sərmayə riskini azaldır;

- dövlətin 3 il müddətində zəmanətli dəstəyi ilə əlavə investisiya cəlb edilməsi üçün əlverişli mühit formalaşdırır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video