10 Yanvar 2020 16:47
660
DÜNYA
A- A+

YPG/PKK İŞİD-in 40 terrorçusunu azadlığa buraxdı


YPG/PKK separatçı terrorçu təşkilatı Suriyanın şimal-şərqində yerləşən Həsəkə əyalətindəki həbsxanalardan İŞİD-in 40 terrorçusunu azadlığa buraxmışdır. Yerli mənbələrin verdiyi məlumata görə, terrorçular regiondakı ərəb qəbilələrinin zaminliyi ilə azad edilmişlər.
Türkiyə "Sülh bulağı” əməliyyatına başladıqdan sonra YPG/PKK İŞİD-in yüzlərlə terrorçusunu və onların ailələrini azad etmiş, yaxud qaçmağa imkan yaratmışdır. Beləliklə, terrorçu təşkilat Türkiyənin əməliyyatı dayandırmasına nail olmaq üçün ABŞ və digər Qərb ölkələrini şantaj etməyə cəhd göstərmişdir.
Ötən il noyabrın 17-də Türkiyə Milli Müdafiə Nazirliyi elan etmişdir ki, YPG/PKK terrorçu təşkilatı Təl-Abyaddakı həbsxanadan İŞİD-in azı 800 üzvünü azad etmişdir. Son iki ay ərzində YPG/PKK 1000-dən çox terrorçunu və onların ailə üzvlərini Həsəkədəki Hol düşərgəsindən azadlığa buraxmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video