10 Yanvar 2020 15:51
570
DÜNYA
A- A+

Moskvada erməni əsilli həkim barəsində cinayət işi açılıb


Moskvada erməni əsilli həkim Marina Sarmosyan barəsində cinayət işi açılıb.

AZƏRTAC xəbər verir ki, Moskvadakı 27 saylı Doğum evinin baş həkimi Marina Sarmosyan barəsində cinayət işi açılıb. O, qadağan edilmiş doğuş metodundan istifadə etməkdə təqsirli bilinir.

Cinayət işinin materiallarına əsasən, Sarmosyanın rəhbərlik etdiyi tibb müəssisəsində son zamanlar doğuşa səhv yanaşma nəticəsində bir körpə ölüb, üç körpə isə zədəli doğulub, onlardan biri hələ də koma vəziyyətindədir. Doğum evində qadağan edilmiş "Kristeller” – dölün sıxılaraq ana bətnindən çıxarılması metodundan istifadə edilib.

"Bizness FM” radiostansiyasının məlumatına görə, M.Sarmosyan xəstəxanaya bir il əvvəl baş həkim təyin edilib və dərhal erməni milliyyətindən olan tibb personalını ətrafına toplayıb. Əvvəlki peşəkar həkim briqadasını isə xəstəxanadan uzaqlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video